adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyun 2019 10:07
27189
SİYASƏT
A- A+

HƏYATIMDA ƏN ÇOX XOŞUMA GƏLƏN ŞƏKİL

Sayın xarici işlər nazirimiz Elmar Məmmədyarov Vaşinqtonda görüşdən sonra ATƏT-in həmsədrləri, Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibinin köməkçisi, adı yadımdan çıxdı (operator xanım dedi ki, tüpür yerə düşsün, tüpürdüm yerə düşmədi, nə isə) ilə çəkdirdiyi şəkil çox xoşuma gəldi. O gülümsəyən sifətlər, o məmnunluq.

Belə qərara gəldim ki, o şəkili böyütdürüb birini redaksiyada kabinetimdən , birini də evdən asım. Elə işçilərə də məsləhət gördüm ki, bu şəkili böyütdürüb otaqlardan assınlar. Ulucay Akif etiraz elədi, mən də onu bərk danladım, dedim ki, sabah şəkili divardan asmasan maaşından kəsərəm.