Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir” Adalet.az | Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir”

4762    |   2019-06-24 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əmək haqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimununu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əmək haqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əmək haqlarının artımı isə 400 min insanı əhatə edir.

Nazir ümumilikdə bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əmək haqlarının, 750 mindən çox pensiyaçının pensiyasının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.




İmza:

Akif Əlizadə: AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır

Aqil ABBAS: «SİZİN ƏSGƏR SALAMINIZA QURBAN OLALIM»

Fərhad Bədəlbəylidən Qarabağ harayı - VİDEO

220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır

Azərbaycan ekstradisiya ilə bağlı beynəlxalq sənədə qoşulub

Vüqar Rəhimzadə : Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir

Şəkidə Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Bu departamentlə bağlı Prokurorluğa müraciət edildi

Ekologiyaya ziyan vuran şəxslərlə bağlı 135 cinayət işi başlanıb

Qarabağ savaşını mən başlatdım - 31 il sonra ETİRAF

Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK