adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyun 2019 10:00
9540
GÜNDƏM
A- A+

ONLARI KİM TUTUB SAXLAYIR? KÖÇÜB GETSİNLƏR ERMƏNİSTANA

Etiraf edim, Dağlıq Qarabağ hadisələrindən nə qədər uzaq oluramsa, onun ətrafında baş verənləri daha çox başa düşmürəm.Anlamıram, nəyə görə bir sıra radiolar bu hadisələrlə əlaqədar informasiya vasitələrindən daha çox danışır? Mən başa düşmürəm ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Amerikanın yeni bir ştatıdır, yoxsa erməni məsələsi qlobal əhəmiyyətə malikdir?

Başa düşmürəm, başqa ölkələrdə yaşayan ermənilər nədən Ermənistan SSR-in mənəvi sferasına belə aktiv təsir edir?
Bəlkə də, nə vaxtsa "dənizdən dənizə” böyük Ermənistan olub, ancaq indi iki dəniz bir gəmisi də olmayan Ermənistanın nəyinə lazımdır?

Mən başa düşmürəm, Ermənistanda ekologiyanın qorunmasına dair çoxsaylı məqalələr və çıxışlar nəyə lazımdır? Əslində kimya sənayesi olan digər respublikalar daha çox qayğı tələb edir.
Mən ekologiyaya diqqət yetirən Zori Balayanın millətçi çamurla vətəndaşların diqqətini cəlb etməsini anlamıram.

Mən anlamıram, nəyə görə deyirlər ki, DQMV-də erməni dilində kifayət qədər dərslik yoxdur. Bu kitablar Ermənistanda nəşr olunur, amma onlar Azərbaycanı günahlandırır.
MOSKVADA ERMƏNİ XAQLININ BÖYÜK OĞLU, DÖVLƏT PLAN KOMİTƏSİNİN SƏDR MÜAVİNİ SİTARYAN DAĞLIQ QARABAĞDA MƏDƏNİYYƏT EVİ TİKİLMƏSİ HAQDA QƏRARI LƏĞV ETDİYİ HALDA, NƏYƏ GÖRƏ İNDİ MƏDƏNİYYƏT EVİ OLMADIĞINA GÖRƏ AZƏRBAYCANI İTTİHAM EDİRLƏR?
Mən hələ də başa düşmürəm ki, nə üçün erməni xalqının mədəniyyət abidələrinin bərpası barədə danışıb, Alban kilsələrini bərpa etməyə hazırlaşırlar?

Ümumiyyətlə, anlamıram, nədən Ayvazyan daşlar üzərində ərəb dilində olan yazıları erməni dilində oxuyub akademik Piotrovskini qayğılandırır?
Mən anlamıram, ölkə üçün vacib məqamda nəyə görə minlərlə adam işini atıb Stepanakertdə mitinqə gedir və Ermənistana birləşməyi tələb edir?
Anlayıram ki, birləşmək istəyirlər, amma başa düşmürəm, onları kim tutub saxlayır? Qoy köçüb Erməinistana birləşsinlər (1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandan Azərbaycan SSR-ə köçürüldü. Gerçəkdən, Ermənistan SSR-ə gedib ermənilərlə birləşməyə nə mane olur?).

Başa düşmürəm, nəyə görə "Krunq” və "Qarabağ” üçün milyonlar toplayırlar; bəlkə, digər planetlərdəki dindaşları ilə əlaqə üçün kosmik gəmilər tikməyə hazırlaşırlar?.

Başa düşmürəm, əgər öz dövlətçiliklərini kommunist partiyasının hesabına qazanıblarsa, niyə partiyasız respublika yaratmak istəyirdilər?

Hansısa görüşlər və təlimat almaq üçün Birləşmiş Ştatlara iki dəfə səfər edən Z.Balayanı anlamağa çətinlik çəkirəm.

Özünə və ailəsinə görə qorxaraq "Pravda”da "Emosiyalar və idrak” adlı məqaləsindən imtina edən Arakelyanı başa düşürəm, ancaq başa düşmürəm, yəni hələ də hamı bunu anlamayıb…

Başa düşürəm, Azərbaycan SSR-nın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayəti üçün "Pozisiya” lazımdır, ancaq nəyə görə onun fokusunda bütün bunları başlayanlar göstərilməyib.

Bu "Pozisiya”nın birinci seriyasına baxmadan düzgün nəticə çıxarmaq olarmı…

Başa düşmürəm, niyə "Ocaq” və "Karvan yoldadır” kitablarının müəllifləri millətçi ambisiyaları qızışdırır və bu kitablarda daha çox nə var – böyüklük maniyası, yoxsa təqib olunma maniyası?

Başa düşmürəm, soyqırım abidəsi nəyə lazımdır? Yox, mən başa düşürəm, ölənlərin xatirəsinə ehtiram lazındır, ancaq nəyə görə uşaqlarda nifrət hiss tərbiyə edildiyini başa düşmürəm.

Başa düşmürəm, Sumqayıtda kütləvi psixoz olub, yoxsa bu "Qarabağ” və "Krunq”un təxribatı idi və əgər "Krunq” qara qarğadırsa, onu niyə durna adlandırırlar.

Başa düşmürəm, əgər birinci və ikinci cildindən baş aça bilmiriksə, Aruşanyana nəyə görə erməni tarixinin üçüncü və dördüncü cildini yazmağı məsləhət görüblər?

Professor Meşşaninov əbəs yerə deməyib ki, erməni tarixi qədimliyinə görə tarixdən çox tarixçilərə borcludur.

Mən çox şeyi başa düşmürəm, ancaq yalnız bir şeyi başa düşmək istəyirəm – HƏQİQƏT qalib gələcəkmi və qaraya qara, ağa ağ deyəcəklərmi…

"Teatr” jurnalı, 1988-ci il, № 3
Tərcümə bizimdir

Yazı ilkxeber.org saytından götürülüb