hacklink Adalet.az | Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb Adalet.az | Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

4785    |   2019-06-24 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox təəssüf ki, dövlət qulluğuna qəbul üçün sənəd verən namizədlərlə cəmi 7996 müsahibə keçirilib, 6506 müsahibə isə namizədlərin bu işə məsuliyyətsiz yanaşmasına görə baş tutmayıb. Onlar qeydiyyatdan keçsələr də, müsahibələrə gəlməyiblər, halbuki bu müsahibələrin təşkilinə kifayət qədər insan, vaxt və maddi resurs sərf olunur.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün test imtahanları inzibati vəzifələrin iki növü – inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələrin aid olduğu beş vəzifə qrupu üzrə keçirilir. İmtahanlar ayda bir dəfədən az olmayaraq təşkil olunur.

DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə 2017-ci ilin noyabr ayından start verildiyini xatırladan M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində dövlət qulluğuna qəbul üzrə 19, o cümlədən 2017-ci ildə 2, 2018-ci il ərzində 12, cari ilin beş ayı ərzində isə 5 test imtahanı keçirilib. Test imtahanlarında iştirak üçün 16241 namizəd qeydiyyatdan keçib, onlardan 16 019 nəfər imtahanlarda iştirak edib. Keçirilən test imtahanlarında 5644 namizəd, o cümlədən inzibati rəhbər vəzifələr üzrə 191, inzibati icraçı vəzifələr üzrə 5453 namizəd uğur qazanıb. Test imtahanlarında uğur qazanan şəxslərə DİM tərəfindən test imtahanından keçmək haqqında müvafiq vəzifə qruplarına uyğun sertifikatlar verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.

M.Abbaszadə əlavə edib ki, DİM-in fəaliyyəti dövründə keçirilən müsabiqə üzrə müsahibələrdə 1991 uğurlu müsahibə qeydə alınıb, 1056 nəfər dövlət orqanlarında müxtəlif inzibati vəzifələrə təyin olunub. Daxili müsahibələr üzrə qeydə alınmış 874 uğurlu müsahibənin nəticəsində 754 nəfər, ümumi müsahibələr üzrə qeydə alınmış 558 uğurlu müsahibənin nəticəsi olaraq 389 nəfər dövlət qulluğunda işlə təmin olunub.




İmza:

Gəncədə 10 mindən artıq ağac əkilib

Dünyanın ən dəyərli şirkəti Aramco oldu

Əli Əhmədov : Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Deputat - Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq

Əli Əhmədov : YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək

"Taliban" polis məntəqəsinə hücum etdi - 10 ölü

Mikayıl Cabbarov - 2020-ci Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq

Əhalinin təbii artımı azalır

Dünya Bankının missiyası ilə bağlı müzakirələr aparılıb

Azərbaycan və Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensial varb

Nazir : Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır

Bakıda sənaye məhsulları və xidmətlərinin dəyəri 32 milyard manatdan çox olub

SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK