Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Softprom by ERC” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində Adalet.az | “Softprom by ERC” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Softprom by ERC” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində

6149    |   2019-06-24 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbində (BANM) "Softprom by ERC” şirkətinin nümayəndələrinin görüşü keçirilib.

BANM-dan Adalet.az-a verilən məlumata görə, görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və gələcək perspektivlərinin müzakirəsi olub. Görüşdə "Softprom by ERC” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan ölkələri üzrə baş meneceri Oleq Çeçnev, şirkətin biznesin inkişafı üzrə meneceri Elşən Məcidov, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və kafedranın professor-müəllim heyəti iştirak edib.

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib. Rektor həmçinin tezliklə Ali Məktəbdə İKT Akademiyası və laboratoriyasının açılışının olacağını və bunun Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb. O, gələcəkdə avtomatika sahəsində ixtisaslı kadrların sayının artırılması və professor-müəllim heyətinin daha da təkmilləşdirilməsi istiqamətində IT kursların, təlimlərin keçirilməsi üçün "Softprom by ERC” şirkəti ilə əməkdaşlığın qurulmasının vacib olduğunu vurğulayıb.

"Softprom by ERC” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan ölkələri üzrə baş meneceri Oleq Çeçnev bildirib ki, şirkətin yaratdığı Tədris Mərkəzində EC-Council, ISC, ISACA, IAPP, CompTIA kimi istehsalçılarla birgə informasiya təhlükəsizliyi üzrə Cybersecurity kursları keçirilir. O qeyd edib ki, gələcəkdə BANM-lə qurulmuş əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrə İT sahəsində yeni bilik və bacarıqların öyrədilməsi, onları ən son proqram təminatı ilə təchiz edə bilməsi və informasiya təhlükəsizliyinin təşkili istiqamətində kurslar təşkil edə bilərlər.

Sonda qonaqlar Ali Məktəbin kampusu və yaradılmış şəraitlə yaxından tanış olublar.

"Softprom by ERC” şirkəti 1999-cu ildə yaradılıb. Şirkət əsasən informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış istehsalçılarla əməkdaşlıq edərək MDB və Şərqi Avropa bazarlarında fəaliyyət göstərir. Şirkət 2015-ci ildə Avropanın ən böyük distribüter şirkətlərindən olan ERC ilə birləşərək rəsmi olaraq "Softprom by ERC” kimi fəaliyyətini davam etdirir. Nəticədə şirkət "CISCO”, "Fortinet”, "VMware”, "Milestone”, "Stultz”, "Legrand”, "Google”, "Cyberbit”, "Trap-X” kimi dünya şöhrətli aparıcı İKT üzrə istehsalçılarla müqavilə imzalayıb. "Softprom by ERC” 2009-cu ildə Azərbaycanda fəaliyyətə başlayıb və İKT üzrə fəailiyyət göstərən bütün şirkətlərlə əməkdaşlıq edir.




İmza:

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

ADU-nun rektoru Fransa səfiri ilə görüşüb

UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə mükafatlandırılıblar

Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı keçirilib

Məktəblərimizdə rus bölmələrinə maraq niyə artır? - Tənzilə Rüstəmxanlı və İradə Tuncay

UNEC-də BDU-nun 100 illik yubileyi qeyd edilib

ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib

Test qalmaqalı - VİDEO

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

UNEC-də əmək haqları artırıldı

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK