hacklink Adalet.az | Kosmik hava durumu açıqlandı Adalet.az | Kosmik hava durumu açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Kosmik hava durumu açıqlandı

4353    |   2019-06-24 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınəb (Kp=3, 4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (24 - 26 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (24 - 26 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (24 - 26 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (24 - 26 iyun) Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.

Proqnoz dövründə (24 - 26 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2, 3). Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.




İmza:

“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

Gəncədə antisanitar şəraitdə olan toyuq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Coğrafiya İnstitutu - Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb

Faiq QİSMƏTOĞLU: O AĞACLAR...

Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib

FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir

Valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb

Bakıda Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur

Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi

Məcburi köçkünlərin “Qobu Park-2”yə yerləşdirilməsi başa çatıb

SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK