adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Iyun 2019 18:13
25941
KRİMİNAL
A- A+

Pirallahı sakinindən 2 kq-dan artıq marixuana aşkar edilib

Pirallahı Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Salman Usmanov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki çantadan ümumi çəkisi 2 kiloqram 300 qram olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı S.Usmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.