hacklink Adalet.az | Kürdə boğulan yeniyetmənin meyiti tapılıb Adalet.az | Kürdə boğulan yeniyetmənin meyiti tapılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Kürdə boğulan yeniyetmənin meyiti tapılıb

2429    |   2019-06-22 17:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, R.Sadıqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Salyan rayonu ərazisində iki nəfər Kür çayında çimərkən boğulub.

21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digərinin isə meyiti sonra tapılıb.




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO