adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Iyun 2019 15:08
28155
SİYASƏT
A- A+

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".