viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Vilayət Eyvazov Daxili İşlər naziri kimi vətəndaşları qəbul edib Adalet.az | Vilayət Eyvazov Daxili İşlər naziri kimi vətəndaşları qəbul edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Vilayət Eyvazov Daxili İşlər naziri kimi vətəndaşları qəbul edib

4025    |   2019-06-22 15:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov iyunun 22-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən 22 sakini ilə görüşən Daxili İşlər naziri onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Digərləri də baxılaraq zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müvafiq göstərişlər verilməklə icraya yönəldilib.

Qəbulda iştirak edənlər polis general-leytenantı Vilayət Eyvazovu Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Onun respublikamızın tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.




İmza:
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK