hacklink Adalet.az | 22 İYUN - BƏHRAM NƏSİBOVUN DOĞUM GÜNÜ Adalet.az | 22 İYUN - BƏHRAM NƏSİBOVUN DOĞUM GÜNÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

22 İYUN - BƏHRAM NƏSİBOVUN DOĞUM GÜNÜ

27951    |   2019-06-22 14:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəhram Nəsibov 1942-ci il iyunun 22-dəFüzuli rayonununAşağı Rəfədinlikəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı «Qarabağ» dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca «Sən də həmdəm, mən də həmdəm», «Var gülüşündə», «Şahnaz» təsnifi kimi məşhurlaşan «Deyin hardadır», «Səni qəmli görəndə», «Gecələr», «Bəxtəvər gəlin», «Ay gecikən məhəbbətim», «Qurban olum», «Sən güləndə», «Ay qız», «Xatirəsən», «Gəl inad etmə» və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov həm də tarda və gitarada gözəl ifa edirdi. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şerlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.

1993-cü ildə Füzuli rayonunun işğalından bir necə gün sonra beyninə qan sızıb. 5 il xəstə yatan şair, bəstəkar Bəhram Nəsibov 1998-ci ildə vəfat edib.




İmza:
SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14
2019-12-13


VİDEO