deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Ceyhun Rzayev: Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın Adalet.az | Ceyhun Rzayev: Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ceyhun Rzayev: Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın

4430    |   2019-06-22 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Millət, ürəyim partlayır. Tarqovı ilə gedirdim. Arxadan "dayı" səsi eşitdim. Əhəmiyyət verməyib davam elədim. Mən addımladıqca "dayı, ay dayı" səsi yenə gəlirdi. Fikirləşdim, küçə avarasıdı, pul istəyir. Hirslə dayandım. Çevrilib "nə istəyirsən" soruşdum. Arıq, uzun oğlan idi.
- Dayı, ay dayı, acam, mənə "Bravo"dan çörəklə su ala bilərsən?
Əynində nimdaş finka və futbolka, cırıq krossovka...
Girdik "Bravo"ya. Əsirəm...Ağlayıram...
Dedim, dönər alacam sənə, kola və ya fanta götür. Əl uzadıb ən kiçik qablaşdırmada olan kola götürdü...xərcə salmaq istəmədi məni.
- Gedək, sənə dönər alım.
- Dayı, dönərin puluna 2 gün qarnımı doyuzduraram.
Özümə nəzarəti tam itirdim. Əsirəm, ağlayıram. Hayqırtı çıxdı məndən. Mühafizəçi yaxınlaşıb nə olduğunu soruşdu.
Dedim, qurban olum, buna kömək eləyin fəhlədən-zaddan işləsin, internatdan çıxıb, qalmağa yeri yoxdu.
Adı Kənandı. Valideynləri sonuncu dəfə 2 yaşı olanda ziyarətinə gəliblər. Xatırlamır onları, tanımır. Mühafizəçiyə dedi ki, dayı, tanıdın məni, o gün yerdən 100 manat pul tapıb verdim sənə. Mühafizəçi üzünə baxıb tanıdı. Yerdən tapdığı 100 manatı cibinə qoymamışdı Kənan. Mühafizəçi dedi ki, "Megafun"ın yanındakı "Azpetrol"a get, tapşıracam səni.
Marketdən çıxıb "Avtoş" dönərə getdik. Soruşuram, toyuq istəyirsən, ya ət? Çörək, ya lavaş? Deyir, ucuzu hansıdısa, ondan.
Tarqovıdakı skamyada oturduq. Dönəri yarıdan kəsib paketə qoydu. Soruşuram, neynirsən. Deyir, bu günün sabahı da var, axı.
Telefonu yoxdu. Gecələr Tarqovıda gəzir. Səhər metro açılan kimi isə içəri daxil olub vaqonda oturaq vəziyyətdə yatır.
Ayaqqabı ölçümüz fərqlidi, paltarlarım isə olar ona.
Tapşırdım 1-ci gün işimə gəlsin. Evdən geyindiklərimi yığıb verəcəm ona.
Bir az da pul verdim ki, gecəni gedib ucuz, daxma kimi evlərdə keçirib, ayağını uzadıb normal yatsın.
Sağollaşanda dedi, arzum gələcəkdə xeyriyyə fondu yaratmaqdır. İnternat uşaqlarına kömək eləyəcəm. Mənə dedi, dayı, sən yaxşı adamsan. Hər adam eləmir bunu. Dedim, yox, Kənan, mən pis adamam, əclafam mən. Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın."


İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK