adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Iyun 2019 11:52
10938
MƏMLƏKƏT
A- A+

Kürdəxanı və Yasamal sakinlərinin marşrut problemi həll edildi

Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsi təmin edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Belə ki, bu gün səhərdən etibarən 185 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yaşayış kompleksindən keçməklə hərəkət edirlər. Bakı Nəqliyyat Agentliyinin tətbiq etdiyi bu dəyişiklik sayəsində artıq kompleks sakinləri Sabunçu rayon mərkəzi, "Neftçilər" metro stansiyası və "8-ci km bazarı" istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə hərəkət edə bilirlər.

Bu gündən etibarən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi sakinlərinin də ictimai nəqliyyatdan istifadə etmək istəkləri təmin edilib. 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə sərnişinlərimizə xidmət göstərir.