hacklink Adalet.az | Atəşkəs 20 dəfə pozulub - İriçaplı pulemyotlarla Adalet.az | Atəşkəs 20 dəfə pozulub - İriçaplı pulemyotlarla Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Atəşkəs 20 dəfə pozulub - İriçaplı pulemyotlarla

2245    |   2019-06-22 10:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO