adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Iyun 2019 10:38
10263
HADİSƏ
A- A+

Bilgəhdə 1 nəfər qeyri-çimərlik sahəsində boğulub

Bilgəh qəsəbəsində bir nəfər Xəzər dənizində çimərkən boğulub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.