adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyun 2019 10:29
3050
HADİSƏ
A- A+

Kürdə 2 nəfər boğulub, birinin meyiti çıxarılıb, digəri axtarılır

Salyan rayonu ərazisində iki nəfər Kür çayında çimərkən boğulub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.