hacklink Adalet.az | Zaqatalada ağır qəzada ölənlərin və yaralının ADLARI Adalet.az | Zaqatalada ağır qəzada ölənlərin və yaralının ADLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Zaqatalada ağır qəzada ölənlərin və yaralının ADLARI

2319    |   2019-06-22 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zaqatala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, "VAZ" markalı minik avtomobili ilə "Shacman” arasında baş vermiş qəzada iki nəfər dünyasını dəyişib, daha bir nəfər isə xəsarət alıb.

Onlar, 1988-ci il təvllüdlü Bəkirov Rafiq Yunis oğlu boyunun və alt çənənin cırılması, döş qəfəsinin küt travması xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Qurbanov Elçin Qorçin oğlu və 1984-cü il təvllüdlü Sulxayev Çingiz Hacıbəy oğlu isə dünyasının dəyişib.

X X X

Zaqatalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda "VAZ” markalı minik avtomobili və "Shacman” markalı yük avtomobili toqquşub.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO