viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | İcra Hakimiyyəti: Ağsuda zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir Adalet.az | İcra Hakimiyyəti: Ağsuda zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

İcra Hakimiyyəti: Ağsuda zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir

3638    |   2019-06-22 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.

Ağsu Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, hazırda qəzalı evlərin 164-ü sökülüb: "Qəzalı vəziyyətdə olan 152 ev sökülüb, yerində yeni və müasir tipli evlər inşa edilib. 12 qəzalı ev isə hazırda sökülür. Sökülən 152 evin əksəriyyətində tikinti işləri başa çatıb. Hazırda həmin evlərdə tamamlanma işləri aparılır. Yaxın vaxtlarda tikinti-təmir işləri başa çatacaq və həmin evlər ailələrə təhvil veriləcək".

Komissiyadan bildiriblər ki, hadisə nəticəsində qəzalı vəziyyətə düşən digər evlər də yaxın günlərdə sökülərək yerində müasir tipli mənzillər tikiləcək.

Qeyd edək ki, zəlzələ nəticəsində Ağsu rayonunda 220 ev qəzalı vəziyyətə düşüb. Qəzalı evlərin 69-u şəhər ərazisində, 151-i isə kəndlərdədir.

Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.




İmza:
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK