viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycan silahları Moskvada nümayiş etdiriləcək Adalet.az | Azərbaycan silahları Moskvada nümayiş etdiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan silahları Moskvada nümayiş etdiriləcək

4626    |   2019-06-21 17:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 25-dən 30-dək Moskvada "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forum keçiriləcək.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də iştirak edəcək.

Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdə olacaq.

"ARMY-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli paviliyonda Müdafiə Sənayesi Nazirliyi əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirəcək. Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik "Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş etdiriləcək.

Müdafiə və ikili təyinatlı məhsulların nümayiş etdiriləcəyi "ARMY-2019” sərgisi səmərəli danışıqlar aparmaq və hərbi-texniki sahədə təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək üçün geniş imkanlar da yaradacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiyanındövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur.

Sərgi zamanı tədbir iştirakçılarına və ziyarətçilərə gələn il Bakıda keçiriləcək "ADEX-2020” IV beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar veriləcək və dəvətlər çatdırılacaq.

Qeyd edək ki, "ARMY-2019" sərgisi Müdafiə Sənayesi Nazirliyinin son iki ayda stendlə təmsil olunduğu üçüncü benəlxalq sərgidir. Nazirlik bu ilin aprel - may aylarında Türkiyədə keçirilən "IDEF-2019” və Belarusda keçirilən "MILEX-2019” sərgilərində iştirak edib, hərbi təyinatlı məhsullarını nümayiş etdirib.




İmza:

Bu şəhərdən Bakıya uçuş ləğv edildi

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Qanunsuz yolla ölkəyə gətirilən siqaret, spirtli içki və idman qidaları aşkarlanıb

DİN: Özlərini müstəqil jurnalist adlandıran bir qrup şəxsin aksiya keçirməsinin qarşısı alınıb

“22 iyul varisi” adına layiq olanlar - Sorğu

Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib

Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO

Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar

Azərbaycan mətbuatı - 144 illik yol

SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK