viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Ramil Usubov şəxsi heyətə müraciət etdi: "İnanıram ki, Vilayət Eyvazovun rəhbərliyi ilə..." Adalet.az | Ramil Usubov şəxsi heyətə müraciət etdi: "İnanıram ki, Vilayət Eyvazovun rəhbərliyi ilə..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Ramil Usubov şəxsi heyətə müraciət etdi: "İnanıram ki, Vilayət Eyvazovun rəhbərliyi ilə..."

4382    |   2019-06-21 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib.

Adalet.az-ın məlumatına görə, müraciətdə deyilir: "Əziz həmkarlar! Son 25 ildən artıq bir müddətdə sıralarında çiyin-çiyinə birgə xidmət etdiyimiz daxili işlər orqanları Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq mətinləşmiş, zamanın çətin sınaqlarından şərəflə çıxmış, Vətənə və xalqa xidmət missiyasını sədaqətlə yerinə yetirmişdir. Dövlətin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş, dəyərli ənənələr yaratmışdır.

Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində daha da inkişaf etmiş, müasirləşmişdir. Qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə qadir olan daxili işlər orqanları bu gün xalqa, Vətənə, dövlətə və andına sadiqliyi ilə seçilir, Zati-alilərinin inam və etimadını doğruldur. Eyni zamanda, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirərək möhtərəm Prezidentin rəhbərliyi altında ölkəmizin ən təhlükəsiz məkanlardan birinə çevrilməsi üçün olduqca əhəmiyyətli bir fəaliyyət ortaya qoyur.

Ölkə Başçısının cari ilin iyun ayının 20-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunmağımla bərabər, uzun illər birlikdə çalışdığım, xalqına, dövlətinə, Prezidentinə bağlılığı və sədaqəti, böyük peşəkarlığı, idarəçilik və rəhbərlik bacarığı ilə seçilən nazirin birinci müavini polis general-leytenantı Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirdi.

İnanıram ki, Siz, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəksiniz.

Fəxr edirəm ki, respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olunmasında nazir kimi mənə hər zaman yardımçı oldunuz, cəmiyyətdə polisin və Daxili Qoşunların nüfuzunun yüksəlməsi üçün səy və bacarığınızı əsirgəmədiniz. Gecəli-gündüzlü, yorulmaz və fədakar xidmətiniz daxili işlər orqanlarına xalqımız qarşısında şərəf və başıucalıq gətirdi. Bütün bunlara görə Sizin hər birinizə dərin təşəkkürümü bildirir, möhkəm can sağlığı, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə yeni-yeni uğurlar arzulayıram".




İmza:

Bu şəhərdən Bakıya uçuş ləğv edildi

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Qanunsuz yolla ölkəyə gətirilən siqaret, spirtli içki və idman qidaları aşkarlanıb

DİN: Özlərini müstəqil jurnalist adlandıran bir qrup şəxsin aksiya keçirməsinin qarşısı alınıb

“22 iyul varisi” adına layiq olanlar - Sorğu

Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib

Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO

Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar

Azərbaycan mətbuatı - 144 illik yol

SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK