Əbülfət MƏDƏTOĞLU: POÇT QUTUSUNDAKI MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
48060 | 2019-06-24 13:20

Hər dəfəbilgisayara yaxınlaşanda ilk ağlıma gələn bu olur ki, görəsən oxucu hansıovqatdadı. Və mən yazacağım və onun da oxuyacağı yazı ovqatı korlamayacaq ki? Sadədildə desəm, bu ovqata soğan doğramayacaq ki? Amma nə qədər düşünsəm də, nə qədərgötür-qoy etsəm də, bu suala cavab tapa bilmirəm. Ona görə ki, oxucu ilə mənimaramda bir sərhəd xətti var. O sərhəd xəttini də ancaq söz keçə bilər. Yəniyazı yazılmalıdı, oxucu da oxumalıdı ki, mən də bundan sonra bilim, anlayım ki,nələr baş verdi? Ovqat müsbət, yoxsa mənfi çalarlara üz tutacaq...

Bəli,bax, indi də həmin o ovqatın ip ucundan tutub çalışıram ki, bir az müsbət hissləri,duyğuları ifadə edim, onların aurasından oxucu dünyasına boylanım... Həmin odünyada olan rəngarəngliyi, sevgini, sevinci, duyğulu anları sözümə çəkibhopdurum... Bir maqnit gücü ilə müsbətlərə sinə açım... Mənfiləri ovcumun içindəsıxıb saxlayım... əsəbləşəndə isə "eh” deyib çırpım qapılara. Zənnimcə, elə bukiçicik girişin özü artıq müsbət işartılardı. Mən də bu müsbət işartılarınruhunu oxşamaq və o oxşadığım ruhun qanadlaırnda Sənə doğru gəlmək üçün özüm-özüməyox, elə sənin özünə pıçıldayıram. Deyirəm ki:


Ruhumunşəklini

Sözəbüküb göndərdim...

Dodağınyansa, demə -

Közəbüküb göndərdim...


İçindəyar səsləyən

Hər günümid bəsləyən...

Sənigörmək istəyən –

Gözəbüküb göndərdim!


Döz! – çəkirsəxətrin

Dözboydadı sətrin...

Mən dəruhun şəklin –

Dözəbüküb göndərdim...

Hə, indibu şeiri oxuyanda Səni demirəm, elə oxucuları da deyirəm: Nələr düşündünüz? Nələrkeçdi ağlınızdan? Xatirələrinizmi təzələndi? Görüş yerlərimi gəlib dayandı gözlərinizönündə? Bir-birinizə qalan şəkillərmi, yadigarlarmı, dəftər-kitab arasındaqurumuş çiçəklərmi, gül ləçəklərimi? Yoxsa ikilikdə hamıdan xəlvət qoşa çəkilmiş şəkilinizmi?Hansı ki, büküb özünüzə aid gizli bir yerdə qoruyub saxlayırsınız.. Bilmirəm,bunların hansı baş verdi?! Amma bildiyim təkcə odur ki, bu şeirlə mən xatirəbuzunu sındırdım, yaddaşı silkələdim, ürəyin qapısını döydüm və bir də bütünbunları həm də özüm üçün etdim. Axı mən həm də oxucuyam, özümün oxucum!!!

Adətənbelə bir ifadəni dilə gətirəndə bəziləri adama qəribə baxır. Amma düşünürəm ki,o qəribə baxışlar yanılırlar. Çünki söz doğurdan da yadigardı. Kimin deməsindənasılı olmayaraq, deyilən söz həm sahibini, həm də zamanı ifadə edir, yaşadır.Bax, bu mənada mən də özümü oxumaqla zamanımı, yaşadıqlarımı təkrarcanımdan-qanımdan keçirirəm. İllərin, ayların, günlərin axarında hər gün yenilənə-yenilənəözümü oxumaq, özümü yazmaq bir missiyadı mənim üçün. Necə bacarıram, elə dəoxuyub yazıram. Kimsənin müdaxiləsi olmadan, kimsənin təəccübünü hiss etmədən...

Yazmaq,oxumaq bir iş kimi fərdə aiddir. Yəniinsan o prosesi təkbaşına həyata keçirir. Ammatək yazıb tək oxumaq mənə görə təkliyim bütün hallarını yaşamağa daimkan verir, duyub dərk etməyə də şərait yaradır. Bir də baxıb görürsən ki, təkliyintək düşünüb, tək yazdığına çevrilir. Yəni hopub o çalarlara. Elə mənim öz ömüryolumda, yazı-pozu müstəvimdə baş verənlər özü zaman-zaman bunu göstərir. Çünkimənə aid olanlar mənim təkliyimi də, mənim çəkdiklərimi də ifadə etmək gücündədir.Ona görə də yazıram:


Mənduyduğum gül nəfəsin

Ayağrısın, il nəfəsin...

Yaşamadın,sil nəfəsin –

Götür,üstündən təkliyi...


Sinəmahdan olub dağ-dağ

Leysankimi üstünə yağ...

Yaxındurma, uzaqdan bax –

Tanıtüstündən təkliyi...


Qəm çəkirəmbilə-bilə

Günüm,halım düşdü dilə...

Sən dəçalış bir yol ilə -

Qurtar,istimdən təkliyi...


Xışla,sinəmdə eşq becər

Düşünməki, bu da keçər

Sevməyənlərçətin seçər...

Mənimbüstümnən təkliyi...

***

Zamansürəti bəzən adamı çaşdırır, bəzən də hətta qorxudur. Çatıb çata bilməyəcəyi,yetişib-yetişə bilməyəcəyinin sualları dayanır qarşımda. Səni götür-qoy etməyə,toparlanmağa məcbur edir. Elə bil ki, son döyüş, son haray, son fürsət kimi biryaşam içərisinə düşürsən. Zamana yetişmək, onu ötüb keçmək iddiası həmin o sondöyüşdə qalib olmaq iddiasını sənin həyat kredona çevirir. Və...

Bəli,bax, elə o son döyüş etdiklərin və edəcəklərinlə bərabər sıra tutan, mövqe gözləyəndöyüşçüyə çevrilir. Sən indi bacarıb həmino döyüşçünün gücünü yönəltməlisən, onu öz iradən altına salmalısan ki, məqsədinəyetişəsən... Bu yazdıqlarım bir az pafoslu, bir az fəlsəfi görünə bilər. Əslindəisə mən bunu gerçəklik sayıram və əsaslı şəkildə də sübut edə bilərəm ki, özünəinam qalib gəlməyin əsas və başlıca şərtlərindən biridir. Deməli, qalib olmaqüçün toparlanmalı və o qalibiyyətin keçəcəyi yolların hər bir cizgisini necədeyərlər, bitdə-bitdə öyrənməli, ölçüb-biçməlisən. Ona görə ki, son peşmançılıqfayda vermir. Ümumiyyətlə isə mən kimsəyəpeşmançılıq arzu etmirəm. Hətta məni sevməyənlərə də...

O ki,qaldı sevgiyə, burda oxucu ovqatına bir az da şərbət qatmaq istəyirəm. Düşünürəmki, zarafatyana deyilmiş fikirlər də, yazılmış misralar da o ovqata xoş əhval-ruhiyyəgətirə bilər. Ona görə də buyurun, oxuyun, görün yanılmamışam ki...


Uçmuşqaya, qopmuş çinar, ya da mən

Onlarabax, düşəcəyəm yada mən...

Bənzəsəmdə doğmaya mən, yada mən

İstəmirdimbelə görüb sevməni –


Tay özünbil, istəyirsən sev məni!..

Saralmışdən, bağanımış biçənək

Görünüşügöz hürküdən – iç mələk!

Mənigörüb çoxu qalır gicələk –


İstəmirdimbelə görüb sevməni –

Tay özünbil, sevə bilsən sev məni!..

Gözyorulub, üz qırışıb, əl titrək

İtirməlinəyimiz var itirək?!


Sevgimizdəözümüzü bitirək

İstəməsinocaq məni, ev məni –

Tay özünbil, sevə bilsən sev məni...

Xəyalımadodaq büzüb lağ etmə


Ağ dəlisən!– sən ağ dəli, deyib ağ etmə...

Buşeirimi özün oxu, tağ etmə

Görkinecə sevməliyəm, sevməli -

Tay özünbil, sevə bilsən sev məni...

***

Düşünürəmki, bu şeiri oxuyanda kimlərinsə dodağı qaçdı, kimlərsə bir anlıq da olsa mənimhalımı anlayıb xəyallarından bir rəhm hissi gəlib keçdi. Və beləcə, bizimoxucu-müəllif körpümüzdən keçib gedən ovqatla baş-başa qalıram. Heyf deyil xoşovqatın ağuşunda olasan və dünyanın gözəlliklərini, o gözəlliklərin də şahdamarı olan sevgini ömrünə hopdurasan... unudasan hər şeyi! Bir Allahın ola,bir də sevgin. Rəhmətlik Nüsrət Kəsəmənlinin misraları ilə desək, "bizim evdə biri vardı, biri yox!” təlaşını, nisgilini,yaradıcılığını özündən uzaq tutasan. Nə isə...

Biratalar sözü var. Dünya görmüş atalar deyib ki: "Tək əldən səs çıxmaz” Və onu daəlavə ediblər ki, təklik hardasa yalquzaqlıqdı. Və mən də atalar sözünə və onaedilmiş əlavəyə şərh vermədən narazı qaldığım məqamı dilə gətirirəm. Yəniözüm-özümə min dəfələrlə verdiyim sualların cavabında gəldiyim qənaəti ifadəetmək istəyirəm. Axı, təklik həm də sənin özünün-özünlə dialoqundu,özünün-özünlə həmsöhbət olmağındı, özünün-özünə hesabat verməyindi,etiraflarındı. Belə olan halda təklikdən necə söhbət gedə bilər? Digər tərəfdənəgər insanın içərisində iynə ucu boyda sevgi varsa, o necə tək qala bilər ki?

Verdiyimsualların cavabını ola bilər ki, qəbuletməyəsiniz. Amma mən də hardasa bir yazı-pozu adamı olaraq fikirlərimdəisrarlıyam. Ona görə ki, ruhum da, duyğularım da məhz sevgiyə, yəni sənə köklənibvə deməli, bu da mənim təklik problemimi çözübdü. Ola bilsin ki, bunu kimlərsəvirtual saysın. Amma dəxli yoxdu, bütün hallarda mən əminəm ki:


Yaddaşımdabir səs var

Ürəyininsəsidi...

Ürəyimyaşadıqca –

O səsonun bəsindi!..


Ürəyimdəbir mələk

Həyatımdabir qadın...

Bu mələkolub ürək –

Ömrüməyazıb adın!..


Varlığımdabir nəfəs

O nəfəsdəbir SƏN var...

O nəfəsdə,o səsdə -

Mənimüçün VƏTƏN var!..


Bəli, mənbu yazını bilgisayar önündən başlayıb oxucuya qədər olan yolumu düşünə-düşünə həmdə sevgiylə cilalayıb oxucuların poçt qutusuna atdım. Düşündüm ki, əlinizi oqutuya uzadanda görüb götürəcəksiniz bu yazını. Amma oxuyub-oxumayacağınıza taməminliklə heç nə deyə bilmərəm. Axı indi havalar da istidi, insanların daqayğıları başından aşır, yazı oxumağa hər adamda həvəs yoxdu... Bircə ümidqalır oxucu qəlbindəki sevgiyə. Əgər o sevgi oyaqdısa, mürgüləmirsə... deməli, maqnit gücü işə düşəcək və poçt qutusundakıyazım oxunacaq. Mən buna əminəm. Üstəlik də bu yazını diqtə edərkən nə vaxtdanbəri içimdə saxladığım və həftəsi tamam olmamış bir doğum günü yadıma düşdü.Dünyamıza qədəm qoymuş Şamxal bəyə söz vermişdim ki, onu sevgidən bəhs edən biryazımda təbrik edəcəm. Mən sözümü tutdum:

- Doğumgünün mübarək, Şamxal Şəbiyev!

P.S.Qaldı indi dünyamıza qədəm qoyan Şamxal Şəbiyevin vədlərinin nə zaman çinolacağına. Onu da yaşayarıq, görərik!..

TƏQVİM / ARXİV