Faiq QİSMƏTOĞLU: ŞİPŞİRİN ADAMLAR

FAİQ QİSMƏTOĞLU
46863 | 2019-06-21 17:14

... Vəbu şipşirin adamlar o qədər isti, o qədər səmimi və o qədər də sadə olurlar ki,bəzən ürəyini çıxarıb onlara vermək istəyirsən. O adamların heç vaxt kimdənsə təmənnasıolmaz. Və o adamlar bir yaxşılıq eləyəndə, birinə əl tutanda, birini yerindənqaldıranda kiminsə boynuna minnət qoymaz. Əksinə, deyər ki, bunlar hamısı özaxirətim üçündür. Yəni bu yaxşılıqları Allahıma görə eləyirəm və əməli-salehişlərimə yazılmasını istəyirəm...

Bu günkimi dindirsən çoxları deyəcək ki, ya bəy nəslindənəm, ya xan nəslindən, ya davarlı bir kökdənəm. Heç onları da qınamalı deyil. İndi bəy nəslindən olmaq çoxdəbdədir. Və hətta heç bir kökü, heç bir tarixi olmayanlar da deyirlər ki, bəsfilan bəyin törəmələridir. Hətta bir çoxları gedib Gürcüstandan arxivlərdən sənəddə tapdırırlar. Bununla işimiz yoxdur. Ola bilər həqiqətən də kiminsə dədə-babasıbəy olub. Heç əsl bəyə nə arxiv sənədi lazımdır, nə də arayış. Çünki əsl bəy özəxlaqı, namusu, ağayanalığı ilə seçilir. Oturuşundan-duruşundan görürsən ki,kişinin oğlu doğurdan da bəydir. Ancaq bizdə bəzi adamlar var ki, bayaqdediyimiz kimi, kimlər tərəfindənsə düzəldilmiş və verilmiş bəylik kağızları daəldə ediblər.

Səhv eləmiriksəbunu hansısa cəmiyyət eləyirdi. Onunla da işimiz yoxdur. Bəlkə də Sovet dönəmindəqorxusundan tərcümeyi-halında bəy nəslindən olmağını gizlədən bəzi adamlar həqiqətəndə o nəsildəndilər. Belə çıxır ki, bir çoxları sovet dönəmində tərcümeyi-hallarını saxtalaşdırıblar və əsl həqiqətigizlədiblər. Bunu da özləri bilər, bir də Allahları!

Yazımınmövzusu gah arana gedir, gah da dağa. Sükanı itirən sürücü kimi mövzunu yığıbyığışdıra bilmirəm. Sanki altımdakı avtomobil sözümə baxmır və idarəetmədənçıxır. Hər halda, yenə özümü toplayıb şipşirin adamlarla bağlı açdığım söhbətəqayıdıram. Bir həftə öncə bir mövzu qələmə almışdım: "Duzlu adam”. Və elə buyazı da hardasa həmin mövzuya oxşardır və daha doğrusu, elə ona bənzəyir.

Bizimeldə, bizim obada, daha doğrusu, Bəhmənlidə şipşirin adamlar çoxdur. Deyilənlərəgörə, elə bu adamlar Şuşanın əsasını qoymuş Pənahəli xanın qohumlarıdır. Əgər bəhmənlilərPənahəli xanın qohumları isə, demək elə mən də o böyük kişi ilə qan birqohumam. Və bu Bəhmənlinin çox qədim bir tarixi də var. Tarixçi olmadığıma görə,həmin qədim yurda qayıdıb nəyisə yada salmaq istəmirəm. Yada salmaq istədiyim,gördüyüm, tanıdığım, eşitdiyim şipşirin adamlardı. Xalaoğlu Tərxan şipşirinadamıydı... Camal kişi şipşirin adamıydı... traktorist Mürşüd şipşirinadamıydı... Musa kişi şipşirin adamıydı... Yüsür kişi şipşirin adamıydı...

... Vəbu şipşirin adamlar olduqları yerdə həmişə yumor, duz, gülüş vardı. Ən çox bizuşaq olanda onları görmüşük. Və onlar da böyüklərdən çox elə bizimlə söhbət eləyirdilər.Adını çəkdiyim o şipşirin insanların hamısı Allahın dərgahına qovuşub. Özləriolmasa da, lətifələri, sözləri, yumorları bu gün Bəhmənlidə dildən-dilə,ağızdan-ağıza keçib...

Camalkişinin söhbətindən doymaq olmazdı. Başına çox qəribə bir papaq qoyardı. Və opapaqdan bizim kənddə bir Camal kişidə vardı. Və bu Camal kişi də papağı başınaelə qoyardı ki, papağa baxan kimi gülmək səni tutardı. Papaq elə-belə papaqdeyildi. Papağın da bir hikməti, bir mənası, bir yozumu vardı...

... Birgün Camal kişi o papaq başında mamaoğlu Təbrizi, Tehranı, əmioğlu Zülfüqarı, Əsgəri,Dilavəri, Yavəri başına yığıb həyat yoldaşı Aftab xalayla bağlı söhbət eləyirdi.Deyirdi ki, balam, sizin nənənizin (yəni ananızın) hər biri mənim qohumumdur.Amma heç biri ətdə, qanda Aftaba çatmaz. Aftab yeriyəndə yer silkələnir. Bizuşaqlar da onun bu söhbətinə qulaq asır, gülməkdən uğunub gedərdik. Görürdü ki,hamımız gülürük, deyərdi ki, a köpək uşağı, bəlkə Aftab xalanızdan "kəsirsiniz”.Mən söhbət eləyirəm, siz də bic-bic gülürsünüz...

...Bizim evin yaxınlığında rəhmətlik Yüsür kişinin qoruduğu bir tut bağı vardı.Biz o yerə "çəkillik” deyirdik. Hər il barama mövsümü gələndə qurdsaxladığımıza görə, o bağdan gedib yarpaq yığardıq. Gərək bağa da yarpaqyığmağa gedəndə Yüsür kişiyə deyəydin. Bir dəfə mamaoğlu Tehranla Yüsür kişiyədeməmiş xəlvətcə "çəkilliyə” getdik. Torbamızı yarpaqla doldurduq. Elə çıxmaqistəyəndə Yüsür kişi qabağımızı kəsdi:

- A köpəkuşağı, məndən xəlvət bağdan yarpaq yığmısınız? – deyib əlindəki çubuqlamamaoğlu Tehrana bir neçəsini ilişdirdi.

Mənqaçıb aradan çıxdım. Sonra fikirləşdim ki, mən qaçıb getsəm, Yüsür kişimamaoğlu Tehranı çubuqla birtəhər eləyəcək. Geri qayıdıb onun 5-6 addımlığındadayandım. Gördüm ki, Tehrandan əl çəkmir.

"Yüsür əmi,Yüsür əmi” deyib onu çağırdım. O qanrılıb geri baxdı və mənə tərəf addımlamağabaşladı:

- Bu dəqiqəsənin dərsini verəcəm. Onda bilərsən ki, "çəkillikdən” yarpaq yığmaq nə deməkdir.

O mənəyaxınlaşdı, mən də bir addım ona tərəf irəlilədim. Artıq mamaoğlu Tehran ordanuzaqlaşmışdı. Çubuğu qaldırıb məni vuranda qolundan yapışdım və onu geri itələdim.O da yıxıldı kənardakı arxın içinə. Nə yaxşı arxda su yox idi. Yıxılandan sonrabaşladı mənə yeddi mərtəbəli söyüş söyməyə. Mən də Tehran mamaoğlunu götürübordan uzaqlaşdıq. Mamaoğlu Tehran dedi ki, heç bu Yüsür kişinin insafı yoxmuş.Sən qayıtmasaydın, o yaş çubuqla mənimcanımı almışdı. Köynəyini qaldırıb mamaoğlu Tehranın belinə baxdım. Gördüm ki, o yaş çubuğun zərbələrininhamısının belində izi var. Ağrısı azalmışdı.

HeçYüsür kişini də qınamalı deyildi. Çünki dəhrə ilə budaqları qıranda camaat gəlibəliylə onu yığdığına görə, yarpaq az qalırdı. Buna görə də kolxoz sədri Yüsürkişini danlayar və bəzən də yarpaq almağa gələnlər əliboş geri dönəndə həttaonu əməlli-başlı silkələyərdi. Və Yüsür kişi də kolxoz sədrinin bu sifətinigörməmək üçün bağa icazəsiz giran adamları o yaş çubuqla döyərdi ki, bir dəkimsə yenidən bağa girib ondan xəbərsiz yarpaq yığmasın.

... İndinə Yüsür kişi var... nə Xalaoğlu Tərxan var... nə traktorist Mürşüd var... nə dəMusa kişi... Heç indi Bəhmənlidə Yüsür kişinin qoruduğu o tut bağı da yoxdur. Otut bağı həyətyanı sahə kimi camaata paylanıb. Ancaq Yüsür kişi olmasa da...Xalaoğlu Tərxan olmasa da... traktorist Mürşüd olmasa da... Musa kişi olmasa da...bizim onlarla bağlı o qədər şipşirin xatirələrimiz var ki, danışmaqla bitməkbilmir. Burda hələ ki, həmin xatirələrə üç nöqtə qoyuruq... Çünki üç nöqtəqoyuruq ki, nə vaxtsa yenə o şipşirin kişilərlə bağlı yadımıza düşənlətifələri, yumorları, zarafatları yenidən qələmə alacağıq...

TƏQVİM / ARXİV