hacklink Adalet.az | “Azərbaycan Sənaye Korporasiyası” və UNEC anlaşma memorandumu imzalayıb Adalet.az | “Azərbaycan Sənaye Korporasiyası” və UNEC anlaşma memorandumu imzalayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Azərbaycan Sənaye Korporasiyası” və UNEC anlaşma memorandumu imzalayıb

7462    |   2019-06-21 16:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

ASC-dən Adalet.az-a verilən məlumata görə, sənədi Korporasiyanın baş direktoru Kamran Nəbizadə və Universitetin rektoru Ədalət Muradov və imzalayıblar.

Sənəd qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığın, birgə tədqiqatların aparılmasının və proqramların həyata keçirilməsinin, tələbələrin biznes ideyalarının formalaşdırılmasının, innovativ təşəbbüslərinin, startap fəaliyyətinin dəstəklənməsinin, onların praktiki tətbiqinin, Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin "Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində təcrübə keçməsinin əsaslarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığa xidmət edir.

Tədbiri giriş sözü ilə açan Universitetin rektoru Ədalət Muradov bildirib ki, müasir təhsil sistemi real iqtisadiyyatın tələblərinə uyğun olmalıdır və bu uyğunluğun da əsasını məhz birgə əməkdaşlıqlar təşkil edir. Ali təhsil müəssisələrində hazırlanan kadrların real iqtisadi mühitdə, əmək bazarında formalaşdığını vurğulayan Universitetin rektoru qeyd edib ki, real mütəxəssislərin hazırlanması məhz real əməkdaşlıqlardan asılıdır.

"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaranma tarixi və hazırki fəaliyyətindən bəhs edən Korporasiyanın baş direktoru Kamran Nəbizadə öz növbəsində qeyd edib ki, Cəmiyyətin qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir. İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır. Korporasiyanın baş direktoru onu da bildirib ki, Memorandumun uğuru bu anlaşmanın ikitərəfli şəkildə fəal icrasından asılıdır.

İqtisad Universitetini bitirən məzunların "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mütəxəssis bazasına daxil olması, həmin Universitetin üç tələbəsinə Cəmiyyət tərəfindən təqaüd ayrılması və bu ali təhsil ocağı tərəfindən Korporasiya, eləcə də onun törəmə müəssisələrində çalışan mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkili təməli qoyulan bu əməkdaşlığın vacib və əhəmiyyətli məqamlarındandır.




İmza:

Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

ADU-nun rektoru Mərakeşin Cadi Ayyad Universitetinin prorektoru ilə görüşüb

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

Türkiyəli professor ADU-ya gəldi - FOTO

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

İsveçrə səfiri Bakı Ali Neft Məktəbində

Orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki hansı problemlər var? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK