adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Iyun 2019 16:42
24918
SİYASƏT
A- A+

İqbal Ağazadə: “Mənasız, əhəmiyyətsiz bir görüşdür”

Ötən gün ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutub. Vaşinqtonda baş tutan görüşün nəticələri ilə bağlı Xarici İşlər Nazirliyimizin yaydığı bəyanatda bidirilib ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. Açıqlamada həmçinin bildirilir ki, Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Və yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.

Ümid Partiyasının sədri İqbal Ağazadəl bu kimi görüşləri mənasız və əhəmiyyətsiz adlandırıb: "Tərəflər üçün mənasız, əhəmiyyətsiz bir görüşdür. Bu tərəflərin vəziyyətinə heç bir dəyişiklik etmir. Sadəcə vasitəçilik edən tərəflər konfiliktin nəzarətdən çıxmaması və atəşkəs müqaviləsinin pozulmaması üçün mütəmadi protokol xarakterli görüşlər keçirirlər. Başqa heç bir irəliləyişdə olmayacaq və proseslər hələlik bu şəkildə də davam edəcək. Konservləşdirilmiş problemin yenidən tərpənməsi üçün heç bir əsas yoxdur”.