hacklink Adalet.az | Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər Adalet.az | Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər

10676    |   2019-06-21 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Hazırda Gürcüstanda vəziyyət tam nəzarət altındadır. Gecə saatlarında aksiya iştirakçıları parlamentin binasını tutmaq istədilər. Hətta bir neçə nəfər parlament binasına daxil ola bilmişdi. Müxalifət deputatları iclas zalını zəbt etmişdilər. Bildiyim qədərilə müxalifətdə olanların ssenarisi ondan ibarət idi ki, mitinq iştirakçıları tərəfindən parlament binası tutulsun. Bu da onların inqilab planının başlanğıcı idi”.

Bunu Modern.az-a açıqlamasında hakim Gürcüstanda "Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev dünən baş verənləri şərh edərkən deyib.

Parlamentari dünənki hadisələrin cəmiyyət üçün çox böyük təhdid olduğunu xüsusi vurğulayıb:

"Fəlakət dolu ssenarilər düşünülmüşdü. Hüquq-mühafizə orqanları baş verənlərə adekvat cavab tədbirləri həyata keçirdilər”.

Azərbaycanlı deputatın sözlərinə görə, Gürcüstanda müxalifətin geniş dayağı yoxdur:

"Halbuki, etiraz etmək vətəndaşların haqqıdır. Çünki rus nümayəndə heyətinin Gürcüstan parlamentinin masasında əyləşməsini haqlı olaraq həzm edə bilməyiblər. Sadəcə, müxalifət öz məqsədləri üçün istifadə etməyə çalışdı. Qısa müddətdə baş verənlər siyasi məcraya yönəldildi. Siyasi məcradan daha çox dövlət qurumlarının qanunsuz olaraq tutulması, mitinqçilər tərəfindən icazəsiz hərəkətlərə yol verilməsi, hüquq-mühafizə orqanlarına qarşı zorakılıq, onların xidməti vəzifələrini yerinə yetirmələrinə qarşı maneçilik bir növ anarxiya ab-havası yaratmağa hesablanmışdı. Qismən də buna nail oldular. Gecə saatlarında Saakaşvilinin partiyasının ən nüfuzlu liderlərindən biri olan Qriqol Vaşadze hökumətə ultimatum tələblər verdi. Parlament sədri, daxili işlər naziri, təhlükəsizlik xidmətinin rəhbəri istefa versin və sairə. Bunun ardınca parlamentə hücumlar başladı”.

Gürcüstan parlamentində təmsil olunan digər azərbaycanlı deputat Azər Süleymanovbildirib ki, Gürcüstanda vaxtından əvvəl parlament seçkiləri ola bilər: "Hər halda, bunu gedişat göstərəcək. Bu gün Gürcüstanda vəziyyət 180 dərəcə dəyişə bilib. Saakaşvili yeganə insandır ki, Gürcüstanı böhrandan çıxara bilər. Saakaşvili Ukrayna vətəndaşıdır, bütün işləri ordadır. Ukrayna parlament seçkilərinə hazırlaşır. Saakaşvili daim Gürcüstan üçün mübarizə aparıb və ona görə də hər zaman ölkəmizə lazımdır. Bu gün Gürcüstan əhalisi böyük etirazını Rusiya deputatlarına qarşı yox, İvanaşvili rejiminə qarşı edirlər. İnsanlar boş vədlərdən beziblər. Üstəlik 20% torpaqlar işğal altındadır. Rusiyalı deputatın Gürcüstan parlament sədrinin yerində oturaraq məqsədyönlü şəkildə rusca danışması bir daha bütün sərhədlərin pozulduğunu göstərdi. Bu zaman insanlara başqa yol qoyulmadı. Buna görə də insanlar dövlət və gələcələri üçün küçəyə çıxdılar. Hesab edirəm ki, qısa vaxt ərzində İvanaşvili rejimi keçmişdə qalacaq”.

Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ictimaiyyət arasında böyük narazılıq yaradıb. Bu narazılıq sonda qarşıdurmaya gətirib...




İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO