Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb Adalet.az | Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb

6630    |   2019-06-21 12:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başa çatıb.

BŞTİ-dən verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib.

Elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V siniflərinə qəbul üçün 1 396 sorğu yerləşdirilib. Onlardan 720-si Texniki-Humanitar Liseyə, 199-u 2 nömrəli Texniki-Humanitar Liseyə, 234-ü 147 nömrəli Texniki-Humanitar Liseyə, 243-ü isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçib.

Liseylərin və məktəb-liseylərin VII siniflərinə qəbul üzrə müsabiqədə isə ümumilikdə 2 144 şagird təhsil müəssisələrində qeydiyyatdan keçib.

Liseylərə və məktəb-liseylərin lisey siniflərinə qəbul iyun ayının 24-də müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqənin keçirilmə yeri və vaxtı elektron qeydiyyatdan keçən valideynlərə göndərilib. VII siniflər üzrə təhsil müəssisələrində qeydiyyatdan keçən valideynlər isə məktəbə yaxınlaşaraq müvafiq məlumatı əldə edə bilərlər.

Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Qeyd edək ki, elektron sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.




İmza:

Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Nazir: "Bəzi direktorlar səhlənkarlıq edir"

4 min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir - Nazir

ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirə aparılıb

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

ADU-nun rektoru Fransa səfiri ilə görüşüb

UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə mükafatlandırılıblar

Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı keçirilib

SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK