adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyun 2019 11:56
31848
KRİMİNAL
A- A+

Rusiyada azərbaycanlılarla özbəklər arasında KÜTLƏVİ DAVA

Sankt-Peterburqun Vıborq rayonunda Yuxarı Suzdal gölü yaxınlığında çimərlikdə kütləvi dava baş verib.

APARusiya KİV-ə istinadla xəbər verir ki, bir nəfəri rus olmaqla təxminən 20 nəfər azərbaycanlı və özbəkistanlı əlbəyaxa olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. İlkin məlumatlara görə, yeddi nəfər saxlanılıb.

Onlardan ikisi tibbi müayinə üçün xəstəxanaya göndərilib.

Yerli mətbuatın yazdığına görə, davanın başvermə səbəbi tərəflərdən birinin təhqiramiz ifadələr işlətməsi olub. Ağır xəsarət alanlar olmayıb.

Qeyd edək ki, davada iştirak edən 22 yaşlı yerli sakinin daha əvvəl soyğunçuluq ittihamı ilə məhkum edildiyi bildirilib.