adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2019 11:03
28196
SİYASƏT
A- A+

Milli Məclisin növbədənkənar iclaslarının sayında DƏYİŞİKLİK

Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun 28-nə təyin edilsə də, iclasların sayında dəyişiklik edilib.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açıqlamasında dəyişikliklə bağlı danışıb:

"Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun sonlarında 2 gün davam edəcək. Belə ki, iyunun 27-si və 28-i növbədənkənar plenar iclaslar keçiriləcək”.

Mətbuat katibi əlavə iclasın salınması ilə bağlı hər hansı bir özəlliyin olmadığını da bildirib:

"İyunun 13-ü və 14-ü tarixlərində də ard-arda növbədənkənar iclaslar keçirilib. Növbədənkənar iclasın iyunun 27-nə salınması ilə bağlı xüsusi bir hal yoxdur”

Qeyd edək ki, iyulun 9-da və 12-dəplenar iclasların keçirilməsi nəzərdə tutulur.(modern.az)