adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2019 11:02
11008
HADİSƏ
A- A+

“Shagman” yerüstü piyada keçidinə çırpıldı

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, "Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aradan qaldırılır.