Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir Adalet.az | Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

6530    |   2019-06-21 10:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin elmi əməkdaşlıq şöbəsinin və ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə Nanjing Universitetinin beynəlxalq təhsil sahəsində məsləhətləşmə mərkəzinin rəhbəri Bian Ventao arasında görüş keçirilib.

Adalet.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi strukturun tədqiqat, tədris və ictimai təhsili, Çin dili kurslarının işi, ADU ilə Çinin aparıcı universitetləri arasında tələbə mübadiləsi barədə ətraflı məlumat verib.

Bian Ventao Çin universitetlərində xarici tələbələrin tədrisinin xüsusiyyətləri, təlim və təcrübə proqramları barədə danışıb, tələbə mübadiləsi proqramlarını tətbiq etmək təcrübəsini bölüşüb.

Tədbirdə çıxış edən ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının, universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsinin, eləcə də birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb.

"Qlobal əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İB-nin rəhbəri Xəyalə Məmmədova Çin universitetləri ilə əməkdaşlıq planlarından danışaraq, bunun Azərbaycan gənclərinin Çin tarixi və mədəniyyəti ilə tanışlığına və Çin dili bilik səviyyəsinin artırılmasına kömək edəcəyini qeyd edib.

Sonda çinli qonaqlara Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə ADU Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş "İki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.





İmza:

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

ADU-nun rektoru Fransa səfiri ilə görüşüb

UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə mükafatlandırılıblar

Bakı Ali Neft Məktəbində növbəti “TEDxBHOS” konfransı keçirilib

Məktəblərimizdə rus bölmələrinə maraq niyə artır? - Tənzilə Rüstəmxanlı və İradə Tuncay

UNEC-də BDU-nun 100 illik yubileyi qeyd edilib

ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib

Test qalmaqalı - VİDEO

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

UNEC-də əmək haqları artırıldı

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK