adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
20 Iyun 2019 17:45
42606
ƏDƏBİYYAT
A- A+

Yazıçı-publisist, şair Sabir Nemətzadənin ədəbi yaradıcılığı

Müasir ədəbiyyatımızda baş qaldıran yeni dirçəliş dalğası, ədəbi təfəkkürün hüdudlarının bədii sözün imkanlarına davamlı genişlənməsi dayanır. Bu Sabir Nemətzadə yaradıcılığında aşkar görünür. Düzdür, mətbuatda, televiziya ekranlarında çox az-az görünsə də yaddaşlarda öz yaradıcılığı ilə iz qoyur. İstər poetik, istər bədii sözün oxuculara çatdırılması, özliyində lazımlı, dəyərli olmaqla bərabər, oxumaq, oxutmaq ehtiyacını ödəyir. Belə ki, sadəcə olaraq Sabir Nemətzadəni oxumaq lazımdır. Yazılarının geniş, zəngin, koloritli mənzərəsini verməyə çalışır. Bəlkə də ilk sevgi şeirlərini, hekayələrini parta arxasında yazmışdır (ilk şeiri səkkizinci sinifdə oxuyarkən, 1967 -ci il noyabr ayında "Azərbaycan pioneri" qəzetində çap olunmuş və "Azərbaycan pioneri" qəzetinin mükafatını almışdır).

Öz dəst-xətti olan yazıçı, şair-publisist, hərbi nəzəriyyətçi S.Nemətzadə ziyalı ailəsində anadan olmuş, yüksək hərbi vəzifə tutmuş və mühüm tapşırıqlar yerinə yetirmişdir. Azərbaycanda ilk dəfə olaraq "Fövqəladə hallarda əhalinin davranış qaydaları" kitabını buraxmışdır. O, ömrü boyu hiyləgərliyin, paxıllığın, ikiüzlüyün, yaltağlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın, unutqanlığın düşməni olub.

Sabir Nemətzadə uzun illər Sabunçu rayon regional mülki müdafiə idarəsinin rəisi olmuşdur. O, bir zabit, dəyərli insan kimi vətənin, xalqın keşiyində durub, xalqına xidmət etməyi hər şeydən üstün tutub, rayonun ictimai problemlərinin həllinə çalışıb. Onun istər şeirlərində, istər bədii nəsrində sapa düzülmüş mirvari təki incə bir nizam var. Alim, yurnalıst, yazıçı və şairlərin, zabit silahdaşlarının onun haqqında xoş sözləri indi də yaddaşımdadır. Qocaman şərqşünas alim, tərcüməçi, həqiqi mənada ağsaqqallıq zirvəsi olan Cümşüd Muradov, xalq rəssamı Tahir Salahov, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənzadə, ehtiyatda olan polkovnik Aydın Pənahov, BDU-nin professorlarından Əsədulla Ourbanov, Tahir Cəfərli, Rəssamlıq Akademiyasını professoru Sevil Sadıxova, AMEA-nın Etnoqrafiy İnstitutunun professoru Nərgiz Quliyeva və başqaları Sabir Nemətzadə yaradıcılığından xoş sözlər demişdir. Sabirin "Sarıtorpaq", "Salam Bakı", "Basdırılmış daşlar", "Mehdi və dostları" kitabları sadə,

aydın və şirin dildə yazılmışdır. Uzun müddətli zəhmətin bəhrəsi olan bu kitablar dilimizdə işlədilən ifadələrin cüzi bir hissəsidir. Sabirə xas az sözlə bəzən böyük fəlsəfi ümumiləşdirmə verən, ictimai-bərabərsizliyi və haqsızlığı qamçılayan və dərin müdriklə ifadə edən bu əsırlərin nəşri xeyirli addım hesab olunmalıdır. Müəllifin əsərlərindəki orjinal cəhət qısa əxlaqi nəticələr çıxarmağa çalışması, irəl sürülən fikri bir növ ümumiləşdirmək bacarığı olmasıdır. Sabir nə barədə yazırsa - yazsın, ilk sözdən başlayaraq, əsərinin tamam inandırıcı olması ilə oxucunu cəlb edir. O, öz romanlarını, povest və hekayələrini fikirləşərək yazır, lakin bunu da yaxşı bilir ki, böyük həyatı material olmadan təkcə istedadla çox da keçinmək olmur. O, öz ölkəsinin sadə adamları ilə görüşüb, müşahidə etməyi, onların dili və ləhcələri ilə danışmağı sevir. Sabir deyir: "Yaradıcı insan pis ola blməz. Sözünün kəsəri olmaq üçün vəzifə əsas şərt deyil. İstedadın varsa buyur yuxarı başa." Əsla tərifi sevməyən, sadə, təvəzökar insan Sabir Nemətzadə Allah adamıdır. Çox vaxt dodaqları tərpənəndə o saat bilirəm ki, zikr edir: "Ey daimi və əbədi, ey duanı eşidən, ey bəxşişi geniş, ey xətaları bağışlayan, ey eyibləri örtən, ey günahları bağışlayan, ey ən gözəl dost, məni cəhənnəm odundan amanda saxla..." Bəzən hal - əhvalını soruşanda deyir: " Qocalıram. Hər yerim ağrayır, bir ruhumdan savayı. Allahın şəfası ilə şükür ki, tez də rahatlaşırm." Nəyi xoşlamırsan desən, dərhal deyər ki, arağı, bir də donuz ətini. Hər ikisi haramdır. Biri ağlını aparır, digəri qeyrəti. Eh, indi o qədər qeyrətsizlər var ki! Azərbaycan yazarı istər poeziya, istər nəsr janrında yazıları milli ədəbi ənənələrə söykənir. Düzü indiyə kimi bilmirəm ona şair deyim, yoxsa yazıçı. Onun "Dünya, unutma məni", "Salam, Bakı", "Mehdi və dostları", "Loğman bitkuilər" şeirlr kitabı ilə yanaşı "Sarıttorpaq" romanı, "Basdırılmış daşlar" povest və hekayələri milli özünəməxsus bir manifest kimi səsələnir. Sabir ətraf mühitdə baş verən hadisələri xalq danışıq dilində qələmə almaqla oxucu auditoriyasının rəğbətini qazanmaqdadır. Uşaq şeirləri yazmağa başlayan gənclər M.Ə.Sabir, Abbas Səhət və s. kimi şairlərlə yanaşı Sabir Nemətzadə yaradıcılığının təsiri altında da yazıb-yaradacaqlar.

Yazıçı, şair - publisist S.Nemətzadə vətənin, xalqın mənafeyindən kənar hər cür mövqe tutanları "qeyri-azərbaycanlı" kimi qiymətləndirir və xalqın adət-ənənəsinin qorunmasını, onu ehya etməsini lazım bilir. Bu gün özünə əsil dost bilən Mikayıl, Tahir, Habil, Firudin kimi söz sahiblərinə olan inamı ona yaradıcılıq stimulu verir. Mənə görə Sabir poeziya sahəsində köklənib qələmini sınamış olsa da, mən onu əsasən nasir kimi tanıyıram. S.Nemətzadənin təkcə "Şumerlər" romanı dünya ədəbiyyatı üçün şedevrdir. Nədənsə yadıma Qurani- Kərimdə Həzrət Yunisdən bəhs edilən ayələr düşdü:" Bir gün onun da olduğu gəmi tufana düşdü. Gəminin yüngülləşməsi üçün püşk atdılar. Yunisin adı çıxdı, buna görə də onu dənizə tulladılar. Bir balıq Yunisi uddu. Əgər Yunis Allaha sığınıb zikr etməsəydi, Qiyamətə kimi o balığın qarnında qalacaqdı..." Sabir də Allaha sığınmasaydı dönük və manqurt insanların tufanına düşəcəkdi. Allahın kəraməti çox böyükdür. S.Nemətzadənin əsərləri qərb ədəbiyyatının nailiyyətələri ilə birləşdirmək yolunu tutur və bu da onun yaradıcılığının əlahiddəliyini təmin edən səbəb kimi çıxış edir. O, təkcə ədəbi-estetik baxımdan deyil, ümumi ictimai və kultoroloji planda da bu mövqedə dayanır. Bir rus alimi demişdi ki, Sabiri oxumaq üçün Azərbaycan dilini öyrənmək lazımdır. O, isə tərcümə olunmur ki, olunmur. Sabir hər bir yazısında çəkdiyi çətinlikdən ləzzət alır. Necə ki, yaşlı və zəif baba nəvəsini dalına mindirib dizi üstə at kimi yeriyir. Bu iş onun üçün əziyyət olsa da, nəvəsinin razılığından sevinc duyur. Zəif də olsa, bu misaldan aydın olur ki, insan üçün başqasının razılığı o qədər şirin ola bilər ki, bu yolda min bir əzaba qatlaşar. Mömin insan Allahın razılığını nəfsinin razılığından üstün tutur.

Sabir Nemətzadəyə sevdiyi musiqi, sevdiyi sənətkar kimdir deyəndə birinci növbədə Firəngiz Əlizadənin adını çəkir. "Firəngiz xanım dünya xalqlarının artistidir. Dünyanın möcüzəsidir!" - deyir. Bir gün Sabirdən soruşdum:"Yazdığınız kitablarda hansı nöqsanı gördünüz?" O, bir az fikirləşərək dedi:"Yazdığım kitablarda nöqsan o oldu ki, kitablarımın üstündə adımı yazdırdım. Bu adı görənlər ünvanıma tərif yağdırmışdılar." Dedim: "Bunun nəyi pisdir ki?!" Sabir gülümsəyərək dedi: "Məni tərifləməsinlər, sevsinlər. Bir də oxusunlar. Əgər oxunmasaq unudulacağıq."

İstedadli yazıçı-şair Sabir Nemətzadəyə yeni-yeni əsərlər yazmaqla yanaşı möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

Elşad Qasımov,

"Cabir Novruz” Mədəniyyət

Fondu mətbuat xidmətinin rəhbəri, AJB-nin üzvü