deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Poetik düşüncələrin səmimi ovqatı Adalet.az | Poetik düşüncələrin səmimi ovqatı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Poetik düşüncələrin səmimi ovqatı

(Şair Əzizə Ağahüseynqızının şeirləri haqqında qeydlər)

3379    |   2019-06-20 17:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzizə Ağahüseynqızı müasir poeziyamızda məxsusi yaradıcılıq manerası, orijinal dəst-xətti, həmçinin poetik təfəkkürünün təravəti ilə seçilən istedadlı şairlərdən biridir. Onun poetik düşüncələrinin fəlsəfi tutumu, yaradıcılıq fərdiyyətinin rəngarəngliyi, sənət müstəvisində bədii özünütəsdiq faktoru kimi çıxış edir. Zəngin söz aləmi, bədii predmetə yanaşma özəlliyi, cəmiyyətə münasibət, duyğu və düşüncələrin təbiiliyi şairin poetik istedadının məxsusiliyini şərtləndirir.

Əzizə xanımın şeirlərində insanın daxili aləminin bədii-psixoloji mənzərələri, zamanın, vaxtın poetik-fəlsəfi qatları, həyatın sosial-ictimai təbədüllatları, həmçinin milli-mənəvi dəyərlərin müqəddəsliyinin poetikası obrazlı ifadələrlə, dolğun bədii təfəkkür işığında misraların səbatına çevrilir.

Onun son dövrlərdə qələmə aldığı poetik nümunələr ciddi ədəbi axtarışlardan doğan uğurun səciyyəsidir. "Gecələr yadıma evimiz düşər”, "Sən mənim ömrümə yaz kimi gəldin”, "Axşam da qəribdir, mən də qəribəm”, "Dan üzü düşüncələrim” "Ürəyimin liman yeri”, "Sabaha gedirəm”, "Damcının pıçıltıları” və s. şeirlər poetik təravəti, bədii ümumiləşdirməsi və müasirlik ruhu, çağdaşlığı ilə diqqəti cəlb edir. Sadaladığım bu şeirlərin hər birinin özünəməxsus poetik sanbalı var.

Şeir - duyğuların dilində danışan adam kimidir. Onunla danışmaq, yaxud onu danışdıra bilmək hər iki müsahibin məharətindən, daxili aləminin zənginliyindən asılıdır. Əzizə Ağahüseynqızının şeirləri çox maraqlı, kövrək ruhlu, səmimi müsahibdir.

"Bir yarpaq ağlayır payızın üstə” şeiri bədii məziyyətləri ilə seçilir. Bu poetik nümunənin hər misrasında duyğuların nəbzi döyünür.

Qarşımda kədərli, qəmli mənzərə,

Bir yarpaq ağlayır payızın üstə.

Hönkürə-hönkürə sərilib yerə,

Bir yarpaq ağlayır payızın üstə.


Vaxtsız külək doyub, budaqdan düşüb,

Ayazdan, qırovdan, sazaqdan düşüb.

Düşüb üzüqoylu nə vaxtdan düşüb,

Bir yarpaq ağlayır payızın üstə.

Bu şeirin hər misrasından poeziya ətri gəlir. Poetik çəkisindən asılı olmayaraq, şeir səmimi və ürəyəyatımlı olmalıdır. Bu şeirin uğurunu şərtləndirən cəhətlər sırasında öncə səmimi ovqat, kövrək duyğular diqqəti cəlb edir. Bununla yanaşı, bu səmimiyyəti poetik məzmun, bədii-fəlsəfi düşüncə, dolğun sənət nümunəsi səviyyəsinə qaldıran amillər - obrazlılıq, təfəkkür zənginliyi və yenilik axtarışlarıdır. Şeir - həyat həqiqətlərinin, duyğuların, düşüncələrin bədii-fəlsəfi, poetik həqiqətə çevrilməsi hadisəsidir. Və bu bədii-fəlsəfi məqam misralarda əyaniləşir.

Kimsəsiz idimi, tənha idimi?

Duyunca sızladı könlümün simi.

Atasız, anasız uşaqlar kimi,

Bir yarpaq ağlayır payızın üstə.

Yerini budaqdan asıb göynəyir,

Səsini içinə qısıb göynəyir.

Torpağı bağrına basıb göynəyir,

Bir yarpaq ağlayırpayızın üstə.

Bu şeirin əsas leytmotivini insan və zaman komponentləri təşkil edir. Şair təbiəti insaniləşdirərək bədii-fəlsəfi düşüncəni poetik detallarla zənginləşdirərək, misralara bədii-fəlsəfi sanbal qazandırmışdır.

Əzizə Ağahüseynqızının şeirlərində "vəhdəti-vücud” fəlsəfəsindən doğan təsəvvür elementləri də mövcuddur. "Sözə gəldim” şeiri bu baxımdan səciyyəvidir.

Sözü sözdən seçib gəldim,

Sözü su tək içib gəldim.

Söz ki, güclü dağ çayıdı,

Mən bu çaydan keçib gəldim.

Və yaxud "De görüm” şeirindəki misralar da poetik mətləbin ürfani məziyyətlərinə güzgü tutur.


Eşq dağında qaya idim, daş idim,

Sevgin oldu tayın-tuşum, yaşıdım.

Baxışını gözlərimdə daşıdım,

Nəyin qaldı aparmağa, de görüm?


Yerişini, duruşunu apardım,

Sevincini, gülüşünü apardım,

Həm könlünü, həm huşunu apardım,

Nəyin qaldı aparmağa, de görüm?

Şairin ədəbi uğurunu şərtləndirən xüsusiyyətlərdən biri də onun qələmə aldığı mövzuların mahiyyətinə dərindən vaqif olması, gördüyü problemlərin səbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə, bağlılığı, milli özünüdərk mövzularına bələdliyi diqqətdən yayınmır. Onun şeirlərində yalnız milli ağrılarımız göstərilmir, həm də bu bəlaları doğuran səbəblər bədii sənət güzgüsündə işıqlandırılır.

Taleyi düzəlmir, bəxti danılır,

Düşmənin əlində əsir sanılır.

Yoxluğu gör neçə ildir anılır,

Yadımdan çıxmır ki, Xocalı dərdi.


Odlara qalandı, yandı, yaxıldı,

Guya kağızlarda ona baxıldı.

Qocası, cavanı şişə taxıldı,

Yadımdan çıxmır ki, Xocalı dərdi.


Ömrümə aldığım qara kağızdı,

Nə qışı bir qışdı, nə yazı yazdı.

Tanrı qismətinə ayazı yazdı,

Yadımdan çıxmır ki, Xocalı dərdi.

Yurd sevgisi, Vətən eşqi onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Əzizə xanımı şair kimi səciyyələndirən önəmli cəhət onun vətəndaşlıq qayəsinin səmimi və dolğun olmasıdır. Müxtəlif mövzularda yazılan şeirlərini səmimi ovqat, həyat hadisələrinə fəlsəfi baxış, xeyirxahlıq duyğuları, saf sevgi hissləri birləşdirir. Bütün bu məziyyətlər Əzizənin bədii sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla yanaşı, həm də yetkin sənətkarlıq məharətinə yiyələnməsinə zəmanət verir.

O, dilimizin rəngarəng və zəngin təhkiyələrdən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, mövzuların poetik həllini, bədii ümumiləşdirməsini özünəməxsus dəst-xətlə təqdim edə bilir. Sevgi mövzusunda yazdığı şeirləri də poetik təravəti, səmimi ruhu və orijinal deyimləri ilə maraq doğurur. Şairin "Bulud” şeiri poetik düşüncə və bədii təsvir vasitələrin zənginliyi ilə seçilən şeirlərdəndir.

Niyə hönkürürsən körpə uşaq tək,

Bozarıb, qaralıb ağlayan bulud.

Ömrün payızında vaxt itirirsən,

Başına qara şal bağlayan bulud.


Ömrün dolayları şəndi, dumandı,

Kövrəkümidimi qırma amandı.

Çəkilib getmişdin xeyli zamandı,

Başımın üstünü haqlayan bulud.


Tanrının işidir baxmaz ağına,

Həsrətdən çəkilən könül dağına.

Dözmürəm bozarıb ağlamağına,

İndi mən ağlayım, sən dayan, bulud.

Əzizə Ağahüseynqızının orijinal, dolğun poetik deyimləri könül açır. Maraqlıdır ki, şairin bütün şeirlərində, mövzusundan asılı olmayaraq obrazlı düşüncə, lakonik fikirlər kifayət qədərdir. O, hər bənddə orijinal poetik lövhələr canlandıra bilir.

Əzizənin şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qoşma və gəraylı janrının ahəng və ritmində, bədii təsvir vasitələrin dolğunluğunda nəzərə çarpır.

Sənsiz yoxam, sənsiz heçəm,

Ürəyindən gəlib keçəm.

İntizarla otur gecəm,

Sabahım, danım, necəsən?

Bir oldu çayların suyu,

Yuxula, könlümdə uyu.

Balamın, nəvəmin soyu,

Ay adım, sanım, necəsən?

Zirvələrin çən, əzizi,

Zəmilərin dən, əzizi,

Əzizənin ən əzizi,

Ürəyim, canım, necəsən?

Hər misrasından həsrət qoxulu sevgi duyğuları boylanan belə səmimi və obrazlı deyimlərlə süslənmiş poeziya nümunələrini yaradır istedadlı şair Əzizə Ağahüseynqızı. Bu şeirin ruhundakı intonasiyanın təravəti poetik düşüncənin, bədii fikrin ifadəliliyinə məxsusi ovqat aşılayır.

İnsan canlı varlıq olaraq təbiətin bir parçasıdır, digər canlılardan fərqi odur ki, onun içində də bir təbiət mövcuddur. Xarakter, iradə, emosionallıq, düşüncə, arzu, sevinc, kədər, ümid və s. psixoloji komponentlər insanın daxilindəki təbiətin bizə məlum olan coğrafiyasıdır. Ancaq vizual təbiətdəki saysız-hesabsız sirlər kimi, virtual təbiətin də kifayət qədər sirləri var. Bu sirlərin bəzi nüansları müxtəlif üsul və vasitələrlə üzə çıxır.

Poetik mənanın sözlə işlənmiş vizual tablosuna baxaq. "Lalə” şeiri poetik məna çalarları ilə diqqəti cəlb edir.

Kövrəlib durmusan yol kənarında,

Qəmini, dərdini alım, a lalə.

İnciksən, küskünsən yoxsa yarından,

Qolumu boynuna salım, a lalə.

Dayanıb qalmısan köçdən aralı,

Ləçəyin qırmızı, köksün qaralı.

O gündən bağrımın başı yaralı,

Dedilər adına lalım, a lalə.

Həyamı çilənib yanaqlarına?

Qanınmı ələnib varaqlarına.

Düşüb yalvarıram ayaqlarına,

Yetər ki, yanında qalım, a lalə.

Əzizə Ağahüseynqızının poeziyasında milli-mənəvi dəyərlərə bağlılığın, valideyn-övlad məhəbbətinin səmimi və kövrək ovqatı özunəməxsus bədii koloritlə təqdim olunur. Bu mövzuda qələmə aldığı şeirlər işıqlı bir kədər qoxuyur. İstedadlı şairin ata-anasına yazdığı çoxsaylı şeirler poetik təravəti ilə seçilir və çox təsirlidir. Bu şeirlərdəki poetik enerji, bədii-ictimai sanbal, orijinal fikirlər yaddaqalandır. "Ən doğma adam” şeirində olduğu kimi:

Açdım qapısını bir yaz axşamı,

Anamın buludlu baxışı güldü.

Gümüşü şimşəyin dodağı qaçdı,

O uca dağların yağışı güldü.

Çırpdı gülüşünü qəmli könlünə,

Çilik-çilik oldu qəm baxışları.

Qəlbindən dilinə süzülüb axdı,

Sevinc alqışları, şən alqışları.

Dil açdı danışdı divarı, daşı,

Güllü yorğanının çiçəyi güldü.

Mən onu dünyada ən doğma adam,

O, məni ən əziz qınağı bildi.

Bu şeirin doğurduğu səmimi və kövrək ovqat çox orijinal poetik detallarla öz bədii ifadəsini tapıb. İstedadlı şairin atasına ünvanladığı şeirlərdəki misralar da öz səmimi poetikası ilə seşilir.

Sənsən həm sevincim, sənsən həm qəmim,

Yurdunu qoruyum, yuvanı sevim.

Nurlu təbəssümün könül həmdəmim,

Sözün-söhbətinlə isinir evim.

Ovuna bilmirəm xatirələrlə,

Günümü sayıram birtəhər, ata.

Qaranquş bahardan xəbər gətirdi,

Səni gətirmədi bu bahar, ata.

Bu duyğu və düşüncələr içində istedadlı şair Əzizə Ağahüseynqızının poetik dünyasının qapısından kecdim...

Bu qənaətdəyəm ki, Əzizə xanımın poeziyası ədəbi təhlil müstəvisində geniş araşdırılmağa layiqdir. Poetik enerjisi, rəngarəng məna çalarları, yetkin yaradıcılıq səriştəsi ilə diqqətçəkən bu poeziya ədəbiyyatımızı zənginləşdirə bilən səciyyə daşıyır.

İstedadlı şair Əzizə Ağahüseynqızına yeni yaradıcılıq uğurları arzulayıram.

Balayar Sadiq




İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK