adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Iyun 2019 16:31
22683
SİYASƏT
A- A+

Tahir Rzayev: “İlham Əliyevin sərəncamları əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir”

"Haqlı olaraq mütəxəssislər, analtiklər ölkə Prezidenti İlham Əliyevin bilavasitə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması xidmət edən sərəncamlarını inqilabi addım kimi dəyərləndirir və bunu dövlət başçısının verdiyi vədə sədaqətinin ifadəsi kimi qəbul edirlər”. 

Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, həqiqətən də 2018-ci ilin Prezident seçkilərindən sonra dövlət başçısı imzaladığı bir çox sərəncamlarla sosial sahədə inqilabi gedişlər etmiş və milyonlarla insanın həyatını yaxşılaşdırılmasına yönəldən qərarları ilə əhalinin bir daha rəğbətini qazanmışdır: "Minumum əmək haqlarının, pensiyalarının, tələbələrə verilən təqaüdlərin artırılması, problemli kreditlərin həlli, şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi və digər mütərəqqi qərarlar buna misal ola bilər. İmzalanmış son sərəncamlar isə daha xarakterikdir və mütəxəssislərin hesablamalarına görə 2 milyon 500 mindən çox insanı əhatə edir. Təkcə müəllimlərin əmək haqqının artırılması 9 yüz 50 mindən çox insana şamil olunur və bu pedaqoji sahədə çalışanlara göstərilən böyük diqqət və qayğının ifadəsidir. Bəzi nazirlik və komitələrdə büdcə təşkilatlarda çalışan insanların aylıq əmək haqlarının artırılması, minumum əmək haqlarının 180 manatdan 250 manata çatdırılması bir daha sübut edir ki, dövlət başçısının "Mən xalqın xidmətçisiyəm, bizim vəzifəmiz xalqın rifahının yaxşılaşdırmaqdır” ifadələri əməldə özünü doğruldub və yürüdülən siyasətin sosialyönümlü olması heç kimdə şübhə doğurmur. Azərbaycan gündən-günə inkişaf edir. İqtisadi göstəricilərinə görə ölkəmiz beynəlxalq aləmdə qəbul edilib, qiymətləndirən bir dövlətdir. Sözsüz ki, inkişafımızı təmin edən Prezidentlə xalqın birliyi və insanların nailiyyətlərimizə yaradıcı təkan verməsidir. Əlbəttə ki, bundan sonrada iqtisadi yüksəlişimiz bilavasitə vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldiləcəkdir”.