adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Iyun 2019 16:04
43492
TEXNOLOGİYA
A- A+

“Bakcell” və “INNOLAND” birgə inkubasiya proqramının iştirakçılarını seçdi

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell” şirkəti və "İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə inkubasiya proqramına birinci seçim başa çatıb.

Daxil olmuş 20-dən çox müraciət arasından seçilən beş ideyanın müəllifləri öz startap layihələrini Seçim Komitəsi qarşısında təqdim ediblər. Ətraflı qiymətləndirmədən sonra, ən yüksək bal toplamış üç startap komandası "INNOLAND” və "Bakcell” şirkətinin birgə inkubasiya proqramında iştirak etmək hüququ qazanıb.

Seçimlərdən uğurla keçən "Face Ads”, "ToWaves” və "Bon.az” komandaları öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. "Face Ads” sosial media sahəsində icraçı və sifarişçi arasında əməkdaşlığı formalaşdırmaq üçün yaradılmış platformadır. "ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. "Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən "cashback" əldə etməsi üçün yaradılan sistemdir.

Layihədən asılı olaraq, növbəti 3-6 ay ərzində startap komandaları "INNOLAND” və "Bakcell” təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edə biləcəklər. Bu dəstək sayəsində gənclər öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək imkanına malik olacaqlar.

Seçilmiş komandalar inkubasiya müddəti ərzində həm "INNOLAND” həm də "Bakcell”in "AppLab” mərkəzinin imkanlarından yararlanacaqlar.

Xatırladaq ki, "Bakcell” şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində "Bakcell” və "INNOLAND” yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Bu əməkdaşlıq ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında strateji rol oynayır.

2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell” şirkətinin "AppLab” proqramından dəstək alırlar.

"Bakcell” haqqında

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

"Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7500-dən artıq baza stansiyası vasitəsilə "Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən "Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

"Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,www.bakcell.cominternet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçünwww.bakcell.com/az/news(və ya İngilis dili üçünwww.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.