adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyun 2019 14:53
21483
SİYASƏT
A- A+

İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın "Dostluq” medalına layiq görülüb.

Adalet.az-ın məlumatına görə, medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib.

Bildirilib ki, bu medal Prezident İlham Əliyevə Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunub.