adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Iyun 2019 14:48
13949
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GÖNDƏRDİM

Ruhumun şəkilini
Sözə büküb göndərdim...
Dodağın yansa, demə -
Közə büküb göndərdim...

İçində yar səsləyən
Hər gün ümid bəsləyən
Səni görmək istəyən -
Gözə büküb , göndərdim!

Döz! - çəkirsə xətirin
Döz boydadı sətirim...
Mən də ruhun şəkilin -
Dözə büküb göndərdim!..