Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Masallının İsti su möcüzələri Adalet.az | Masallının İsti su möcüzələri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Masallının İsti su möcüzələri

Masallıda turizm mövsümü uğurla başlanıb

7226    |   2019-06-20 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Cənubun mirvarisi Masallının Ərkivan qəsəbəsiylə füsunkar Qəriblər kəndi arasındakı asfalt yolun hər iki tərəfində əkilmiş ağaclar böyüdükcə buraların görüntüsünə gözəllik qatır. Bir neçə il əvvəl bu yerlər çılpaq torpaq idi, bir neçə dəfə yaşıllıq salınsa da ya susuzluqdan yanır, ya da mal-qaranın tapdağına tuş gəlirdi. Rayon rəhbərliyinin təşəbbüsü ilə yolun hər iki tərəfində ağaclar əkildi. Onların suvarılması və mühafizəsi üçün tədbirlər görüldü. İnsanların qayğısına bələnən yaşıl tinglər indi buraların yaşıl donuna dönüb. Bu yol isə bizi möcüzəli İsti su "Fatimeyi-Zəhra” şəfa sanatoriyasına aparır. Amma yol boyu salınan istirahət ocaqlarının da sayı ilbəil artmaqdadır. Hər addımda istirahət mərkəzləri, restoranlar, kempinqlər gözəlliyi ilə adamları valeh edir. Təsadüfi deyil ki, son illər Masallıya turist axınının artması sevindiricidir. Rayonda turizmin inkişafı ilə əlaqədar görülən tədbirlər diqqət çəkir. Bu da son hədd deyil. Çox çəkməz ki, Masallıda beynəlxalq turizm şəhərciyi ünvan tapacaq. Onda Masallının gözəlliyi daha da artacaq.

Talış dağlarının ətəklərindən başlamış istirahət mərkəzləri ta Şəlaləyə kimi davam edir. Ancaq biz bu yazıda Masallını hər yerdə tanıdan, ona şöhrət gətirən İsti su "Fatimeyi-Zəhra” şəfa sanatoriyasının bugünkü qaynar həyatından bəhs edəcəyik.


... Yayın nəfəstəngidən günlərində istirahətini daha səmərəli keçirmək, dincəlmək, gələcək sağlamlığına stimul yaratmaq, müalicə olunmaq hər kəsin ömür-gününə qayğısıdır. Dünyanın məşhur turizm mərkəzləri ilə bir vaxtda ölkəmizin də zəngin və möcüzəli təbiətinə vurğun olanlar əsrarəngiz gözəllikləri, qonaqpərvərliyi, sağlamlığına dəstək verdiyi yerləri heç vaxt unutmur. Nöbəti ildə də bu yadda qalan olayları görmək arzusu ilə günü-günə, ayı-aya qatır, bu anı səbirsizliklə gözləyir.
Axı ecazkar təbiəti, termal suları, zümrüd meşələri, qaynar gözlü bulaqlar, dağların köksündən süzülən şəlalələri necə unutmaq olar?

Çayın yatağındakı nəhəng sal daşlı qayalardan fəvvarə vurub qaynar-qaynar Viləşə qovuşan İsti su Ulu Tanrının qüdrətindən gözəllik, möcüzəlik alıb. Sanatoriyadakı bu ilki qələbəlik ötən illərdəkindən fərqlənir. Bunu meydançadakı ayrı-ayrı şəhər və rayonlardan gələn maşınların çoxluğundan da görmək olur. Yaxınlıqdakı istirahət mərkəzlərindən İsti suyun qarşısındakı meydançasına kimi insan axını var. Viləşin sahilində günəş vannası qəbul edənlər, at üstündə, təbiətin gözəlliyinə sığınıb, bulaq başında Şəlalə suyunun yığıldığı hövuzda, Mədə bulağında şəkil çəkdirənlərin çoxluğu bu qələbəliyi tamamlayır.


Sanatoriyada dağların ucalığından dərəyə qanadlanan qartalabənzər, yeni arxitekturlu evlər, kenpinqlər, çoxmərtəbəli villalarda Bakıdan, Sumqayıtdan, Gəncədən, Salyandan, İmişlidən, Sabirabaddan, Saatlıdan, Lerikdən, Lənkərandan, Cəlilabaddan ... gələnlər bir-biri ilə qonşuluq, dostluq edirlər.

Hələ sanatoriya, turustlər, istirahətə gələnlər, "ev sahibi” ilə görüşməmiş lerikli 83 yaşlı Xanoğlan kişi ilə tanışlığımız İsti su möcüzələrindən bizə çox bilgi verir. Həmişə meşə işçisi olmuş Xanoğlan kişi arıq cüssəli olsa da cəld və şən görünür. Onun vannalardan yuxarı qalxan pilləkənlərdəki çevikliyi diqqət çəkir. Ağsaqqal deyir ki, ömrü boyu bu oksigenlə zəngin meşələrdə yaşamışam. İndiyə kimi dava-dərmanın nə olduğunu bilməmişəm. Buradakı gözəlliyin, qeyri-adiliyin vurğunuyam. Həm də burada ağsaqqala, mərizə çox böyük qayğının şahidi oluram. Bu,bütün varlığı ilə insanlara xidmət istəyindən doymayan Hacı İldırım Allahyarovun işgüzarlığının, vətənpərvərliyinin bəhrəsidir.



Sahibkar Hacı İldırımı soruşanda dedilər ki, təzə yaratdığı Mədə bulağı mərkəzindədir. Sahibkarla burada görüşürük. Qayğılı görünür. Səbəbini soruşmamış özü vəziyyətə aydınlıq gətirir. Deyir ki, keçən ildən fərqli olaraq bu il turist axını çoxdur. İsti suyu deyib gələnləri buradan razı yola salmalıyıq. Mədə bulağı mərkəzini də bu məqsədlə yaratmışdır. Bu bulaqdan iki cür su çıxır. Ümumiyyətlə, hələ ötən əsrin 60-cı illərində həmyerlimiz alim-həkim Mir Kazım Aslanlı bir qrup sovet alimi ilə İsti suyun möcüzələrini üzə çıxarıb. Bu barədə tədqiqatlar aparmış, buradakı suyun birinin bilavasitə mədəyə təsirini, digəri isə təmiz saf bulaq suyunun olmasını sübut etmişdir. Bunu nəzərə alaraq buranı genişləndirib mərkəz yaratmışıq. Bu ildən mərkəzdə yeni yemək dəstləri, avadanlıqlar gətirmişik. Cürbəcür bulaq və meyvəli sular, dondurma və s. təşkil etmişik. Turistlərə yaxşı xidmət üçün Bakıdan ixtisaslı ofisiantlar dəvət etmişik.


Sahibkar ölkə rəhbərinin bu sahəyə qayğı və diqqətindən danışıb deyir ki, respublikada turizmin inkişafı əsas məsələ kimi diqqət çəkir. Bir sahibkar kimi cənab Prezidentə minnətdarlığım hədsizdir. Daim xalqın, millətin sağlamlığı, rifahı üçün çalışır.

Sahibkar deyir ki, rayon icra hakimiyyətinin başçısı çox qurucu, yaradıcı insandır. Masallıda quruculuq işləri çoxdur. Cənab başçı bütün sahələri diqqətdə saxlayır. Sahibkarların dostu olan cənab Rafil Hüseynov hər vaxt müraciətlərimizə həssaslıq göstərib, hər çətinlikdə bizi dəstəkləyir. Onun qayğısı sayəsində İsti suya gələn turistlərin sayı ilbəil artır. İndi sanatoriyamıza Avropa dövlətlərindən, Ərəb ölkələrindən, qonşu Rusiya və İrandan turistlər gəlir. Bu il sanatoriyada yenilik çox olub. Bu təbiidir. Hər bir turist təkrar gəlişində yenilik görəndə növbəti gəlişini yəqinləşdirir. Bu mövsümdə şəlaləli açıq müalicəvi hovuz, müasir tələblərə uyğun həkim və masaj otaqları, yeni hovuzlar, iaşə xidməti obyektləri yaradılıb.

İmişli sakini ziyalı Sənan Əhmədov deyir ki, mən bura tez-tez gəlirəm. Hər gələndə yeniliklərlə qarşılaşıram. Mədə bulağı mərkəzinə Bakıda işləyib təcrübə qazanmış Sahilə Mazanova, Aynurə Məmmədova nümunəvi xidmətləri ilə gündə yüzlərlə insanın razılığını qazanır. Özüm 14 günlük yollayışla ailəvi gəlmişəm. Bir neçə vanna qəbul etdikdən sonra dizlərimdəki ağrılar azalıb.
Sanatoriyanın ən böyük dəyəri onlarca xəstəliyin müalicəsi, insanların sağlamlığının qorunmasıdır. Həkim Rauf Qurbanovla bu barədə söhbətimiz maraqlı oldu. O, qeyd etdi ki, xüsusilə insanlar revmatizm, radikulit kimi xəstəliklərlə bağlı neçə-neçə həkimə müraciət edir, nə qədər kimyəvi dərman qəbul edirlər. Halbuki, masajlar, su vannalarından istifadə edənlərin sağlamlıqlarındakı problemlər bir neçə günə qaydasına düşür. Təmiz dağ havası can dərmanıdır. Eyni zamanda burada əsəb, yuxusuzluq, baş, oynaq, bel və boyun ağrıları, sonsuzluq, şəkərli diabet, arterial hipertaniya, xroniki sidik-cinsiyyət, dəri xəstəlikləri, ostroxondroz, onurğa xəstəlikləri, qan dövranının yaxşılaşdırılmasına nail olurlar.
Pilləkənləri qalxıb düşmək, çayın içində qoyulan stolların arxasında çay, bulaq suyu qəbul etməkdən yaxşı zövqoxşayan istirahət nə ola bilər.


Buraya ailəvi gələnlərin uşaqları üçün xoş ovqat bəxş edən əyləncələr – açıq hovuzlarda çimmək, karusellərdə vaxt keçirmək, tilovla balıq tutmaq, atla gəzinti, nərd və domino oynaması və s. kimi şərait yaradılmışdır. Uca dağlarda bitən müalicəvi bitkiləri yığıb, qurudub turistlərə vermək də bu yerlərin möcüzəsinə daxildir.

Masallıda quruculuq işləri sürətləndiyi kimi burada da hər gün yeniliklə üzləşirsən: evlər çoxalır, yeməkxanaların, çayxanaların sayı artır, maşınların dayanacaq yerləri genişləndirilir.
Turistlər təkcə vaxtlarını burada keçirmir, Masallının görməli tarixi obyektlərində olmağı da unutmurlar.

Neçə onilliklər öncə səfalı, müalicəvi suları ilə diqqət cəlb edib məşhurlaşan, dünyanın bir çox yerlərindən istirahəti üçün mühüm əhəmiyyət kəsb edən Masallı İsti suyu bu gün yeni görüntüsü, şəfavericiliyi ilə mühüm əhəmiyyət kəsb edir. Sahibkar İldırım Allahyarov deyir ki, bu il 600 nəfəri yollayışla qəbul edəcəyik.

Viləşin yatağı ilə irəliləyib "Donuzütən"ə tərəf getdikcə bu yerlərin möcüzəli görüntüsü daha da ecazkarlaşır.



Sahki rəssamların fırçası ilə bəzənib bu yerlər.

Sal, çayın büllur kimi sularının qarşısına bənd çəkən daşlar nağılvaridir. Buralardakı dəhnələrdə çimən, oturub suların axmasını seyr edənlər yüzlərlədir.

Çayın sahilindəki buz kimi kölgələrdə dincələnlər gözəlliyi ilə insanı heyrətləndirən ecazkar yerlərə necə də vurğunluqla tamaşa edirlər.

...Masallı İsti suyu Şəfa sanatoriyası bu gün yüni görüntüdə, təzə şərafətdə, xoş ovqatdadır. Buraya gəlib dincələnlər, müalicə olunanlar qəlblərində həmişəyaşar xatirələr, onlara sağlamlıq bəxş edən xoş ovqatla qayıdacaqlar...

Əlihüseyn Şükürov,
Həsənağa Əliyev.


İmza:

Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək

Bakıda daha bir küçə yenidən qurulub

BŞBPİ: İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq

Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTO

Şuranın dəstəyilə “Uşaqlara qarşı Zorakılıqsız Həyat” davam edir

Bakı metropoliteninin yenilikləri beynəlxalq tədbirdə diqqət mərkəzində olub

Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi

"Qarabağ Azərbaycandır və nida işarəsi" - Ağcabədidə yürüş-mitinq

Fərhad Bədəlbəyli: Məni telekanalların veriliş siyasəti çox narahat edir

Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edildi

DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

MAİS AĞAYEVƏ DIQQILI BİR SUAL

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK