adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyun 2019 13:10
34836
DÜNYA
A- A+

Kaşıkçı qətlinin səs yazısı yayıldı: İlk dəfədir, cəsədi yerdə kəsirəm

Birləşmiş Millətlər Təşkilatının qanunsuz edam qərarları haqqında xüsusi məruzəçisi Aqnes Kallamard səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı hesabat hazırlayıb.

Haber7.comxəbər verir ki, hesabatda C.Kaşıkçının qətlindən əvvəlki səs yazılarının stenoqramı dərc olunub.

Səs yazısında jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra qatillərlə söhbəti əksini tapıb.

Dialoq belə baş tutub:

Qatil:Səni Səudiyyə Ərəbistanına aparmağa gəlmişik. Barəndə həbs qərarı var. Bayırda səni gözləyənlərə mesaj göndər və gəlməyəcəyini de!

Kaşıkçı:Onlara nə deyim? "Yaxın vaxtlarda görüşərik? Qaçırılıram?” Elə mesaj göndərməyəcəyəm.

Qatil:Mesajı dərhal yaz! Tələs! Bizə kömək etməsən, bunun necə nəticələnəcəyini bilirsən.

Kaşıkçı:Masanın üstündəki dərmanlar mənim üçündür?

Qatil:Səni keyləşdirəcəyik.

Bu dialoqdan sonra dava səsləri eşidilir.

Bir neçə dəqiqə sonra qatillər öz aralarında söhbət edir:

- Cəsədi paketlərə yığaq?

- Yox, onda ağır olacaq.

- Problem deyil.

- İlk dəfədir ki, yerdə kəsirəm. Cəsədi hissələrə bölübpaketlərə yığsaq, işimiz bitəcək. Hər parçanı ayrı-ayrı paketlərə yığaq.

Bundan əvvəl isəSəudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd əl-Uteybi hələlik şəxsiyyəti məlum olmayan bir nəfərlə söhbət edib. Söhbət zamanı həmin şəxs Səudiyyədən bir qrup insanın konsulluqda 2-3 günlük işinin olacağını bildirib.

Qeyd edək ki, C.Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur.