adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Iyun 2019 10:02
21134
SİYASƏT
A- A+

Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi - YENİLƏNİB

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb.

Bununla bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bu gün günün ikinci yarısında E.Məmmədyarovun Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşü planlaşdırılıb.

***

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziriElmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür.

Bunu öz "Twitter” səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva yazıb.

"Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür”, -o bildirib.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.