hacklink Adalet.az | Bakı Ali Neft Məktəbinin startapı “NewSpace” Biznes Akselerator Proqramında 2-ci yerin qalibi olub Adalet.az | Bakı Ali Neft Məktəbinin startapı “NewSpace” Biznes Akselerator Proqramında 2-ci yerin qalibi olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbinin startapı “NewSpace” Biznes Akselerator Proqramında 2-ci yerin qalibi olub

7330    |   2019-06-20 11:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərkosmos” ASC və "Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi tərəfindən həyata keçirilən "NewSpace” Biznes Akselerator Proqramının Final mərhələsi (Demo Day) keçirilib.

Adalet.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin dosenti Əmir Rza Vəxşurinin elmi rəhbərliyi ilə tələbələrdən Elmar Əsgərzadə, Aleksandr Oborovskiy, Murad Rəhimov və Hüseyn Əliyevin yaratdığı ThermoNorth startupı özlərinin "SolarPCM” layihəsi ilə 2-ci yerin qalibi olaraq 5000AZN məbləğində toxum investisiya əldə ediblər.

Startap ekosistemi tərəfindən maraqla qarşılanan proqrama 5 ölkədən ümumilikdə 40 müraciət edilib. Onların arasından seçilən ən potensiallı 10 startap layihəsi proqrama qəbul olunub. Bu ilin yanvar-may aylarını əhatə edən "Akselerasiya” dövründə onlara proqramın təşkilatçıları tərəfindən peyk təsvirləri, iş ofisi, texniki və biznes təlimlər, ekspert, mentor və s. dəstək göstərilib.

Bunlarla yanaşı, qaliblər "Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcəklər.

"NewSpace” Biznes Akselerator Proqramının əsas məqsədi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək göstərilməsidir.




İmza:

Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib

Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

ADU-nun rektoru Mərakeşin Cadi Ayyad Universitetinin prorektoru ilə görüşüb

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

Türkiyəli professor ADU-ya gəldi - FOTO

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO