hacklink Adalet.az | Şamaxı RİH: Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir Adalet.az | Şamaxı RİH: Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Şamaxı RİH: Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir

5218    |   2019-06-20 10:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şamaxıda baş verən zəlzələ nəticəsində dağılmış fərdi yaşayış evlərinin yenidən bərpası davam etdirilir.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Baş memarın sözlərinə görə, hazırda rayon ərazisində zəlzələdən zərər çəkən evlərin yenidən inşası davam etdirilir: "Zəlzələ nəticəsində 351 ev tamamilə qəzalı vəziyyətə düşüb. Onlardan 114 ev artıq tam sökülərək yenidən tikilir. Fövqəladə Hallar Komissiyasının qərarına əsasən, zəlzələ zamanı zərər çəkən evlərdən 1338-nin bərpası mümkün hesab edilib, 2311 evin isə təmirə ehtiyacı var. Komissiyanın qərarına görə, müraciət edilən 1875 evə baxış keçirilərək vəziyyəti qənaətbəxş hesab edilib".

R.Əliyev bildirib ki, bununla yanaşı, Şamaxıda zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün hazırda 174 mənzil inşa edilir: "Bu məqsədlə rayon ərazisində 3 ədəd yaşayış binası tikilir. Həmin binalar 44 mənzilli 4 mərtəbəli, 20 mənzilli 2 mərtəbəli və 110 mənzilli beşmərtəbəlidir".

Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.




İmza:
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK