hacklink Adalet.az | Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı Adalet.az | Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı

2019    |   2019-06-20 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə tərtib edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 13 ədəd qulaqlıq, 4 ədəd səsgücləndirici, 5 ədəd fotoaparat, 5 ədəd oyun diski, 1 ədəd plata, 4 ədəd "driver", 27 ədəd hard disk, 3 ədəd ştrix kod oxuyucu, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor və 15 ədəd ətir, həmçinin düzgün bəyan edilməyən 6 ədəd qol saatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14
2019-12-13


VİDEO