deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | İlham Əliyev Vyana Beynəlxalq Konfransının iştirakçılarına məktub göndərdi Adalet.az | İlham Əliyev Vyana Beynəlxalq Konfransının iştirakçılarına məktub göndərdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

İlham Əliyev Vyana Beynəlxalq Konfransının iştirakçılarına məktub göndərdi

7381    |   2019-06-19 18:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyana Beynəlxalq Konfransının iştirakçılarına məktub göndərib.

Adalet.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli konfrans iştirakçıları!


Sizi - Avstriya Respublikasının Vyana şəhərində keçirilən "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfransın təşkilatçılarını və iştirakçılarını səmimi qəlbdən salamlayıram.

Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli elm və din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu mötəbər konfrans dünyada cərəyan edən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dinlərin və milli mədəniyyətlərin qarşılıqlı münasibətləri kimi aktual məsələlərin müzakirəsinə həsr olunub.

Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir".

Məktubda qeyd edilir ki, Azərbaycan müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür: "Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik.

Ölkəmizin təşəbbüsü ilə keçirilən hazırkı konfransın təşkilinə Avstriya tərəfindən dəstəyi, konfransın işi üçün yaradılan şəraiti yüksək qiymətləndirirəm. Bu tədbirin birgə keçirilməsi, eyni zamanda, Azərbaycan-Avstriya əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.

İnanıram ki, xoşməramlı niyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı konstruktiv müzakirələr ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına töhfələr verəcək.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.



İmza:

İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

AXCP-lər FƏALİYYƏTLƏRİNİ NECƏ TƏNZİMLƏMƏLİ?!

Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul edib

Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü

Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb

Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini

Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı

Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK