deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | CƏNNƏT XƏZİNƏLƏRİNDƏN BİRİ - SƏBİR Adalet.az | CƏNNƏT XƏZİNƏLƏRİNDƏN BİRİ - SƏBİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

CƏNNƏT XƏZİNƏLƏRİNDƏN BİRİ - SƏBİR

Vaqif Cəliloğlu, Tex. elmləri üzrə fəlsəfə doktoru

11112    |   2019-06-19 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səbir Allah rizasını qazandıran zirvələrdən biridir. O, insanın dünyadakı məşəqqətlərə, çətinliklərə sinə gərib Allahın bəyəndiyi yaşam tərzidir. Rəbbimizin Qurani-Kərimdə 70-dən çox ayədə səbri təbliğ etməsi və daha yaxşı dəyərləri ona həvalə etməsi səbrin vacibliyi və fəzilətindən xəbər verir. Rəbbimiz: "(Çətinliklərlə) Səbir etdikləri və ayələrimizə qəlbən inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik" (Səcdə 24) ayəsi ilə dində rəhbər olmağı da səbrə etibar edib. Allahu-Təalə səbir edənlərdən başqa heç kimdə salavatı, rəhməti və hidayəti də bir yerdə toplamayıb: "Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır" (Bəqara 157).

Səbrin mahiyyəti

Səbir insanlara məxsus dəyərdir. Heyvanlar nöqsanlı olduğu üçün onlarda səbir yoxdur. Mələklər isə çox kamil və şəhvətdən əmin olduqlarına görə, səbrə ehtiyacları yoxdur. Heyvanlar əsasən şəhvət və qida istəklərilə, mələklər isə Allahın eşqilə yaşayırlar. İnsanda isə həm heyvana, həm də mələyə xas iki cəhət var. Əgər insan ona verilən dəyərləri təyinatına görə işlədərsə, mələkdən üstün, əksinə isə heyvandan aşağı olar. İnsan kiçik yaşında səbirsiz olduğu üçün onda heyvana xas cəhətlər daha çox olur. Fəqət həddi-buluğa çatandan - mükəlləf olandan sonra ona mələklərin nurundan müəyyən pay verilir və o, həmin dəyər vasitəsi ilə işlərini görür. Ona heyvandan fərqli olaraq iki cövhər də verilir. Onlardan biri doğru yolu göstərdiyi üçün bəndə işlərin sonunu anlayıb yaxşını pisdən, halalı haramdan ayıra bilir, özünü və Rəbbini dərk edir.

Lakin verilən bu cövhər - hidayət (dərketmə qabiliyyəti, ağıl) onun bir inanclı saleh bəndə kimi yaşamasına kifayət etmir. Çünki ziyan və zərərdə olduğunu bilə-bilə, onu aradan qaldıra biləcək qüdrətə (iradəyə) sahib deyil. Bu, xəstəliyinin zərərli olduğunu bilib, fəqət onu aradan qaldıra bilməyən xəstəyə bənzər. Həmin səbəbdən, Allahu-Təalə bəndəsinə güc və qüvvət vermək üçün digər cövhəri - iradəni də ona verir. Bu durumda bəndə həm pislikləri anlayır, həm də onları dəf etməyə özündə güc tapır ki, buna da elm (bilgi) ilə işin (əməlin) vəhdəti deyilir.

Beləliklə, insanın mənəvi sinəsi şəhvət və digər heyvani nəfslərlə (nəfsi əmmarə) yanaşı, həm də mələklərə məxsus istəklərlə yüklənmiş bir mübarizə meydanına çevrilir. Üləma şəhvət qüvvə və arzusuna həva (nəfs), həmin neqativlərə qarşı çıxan dəyərə isə dini istək deyib; biri şeytan və şeytansifətli insanların, digəri mələklərin əsgəridir. Biri "et", digəri "etmə" deyir. İnsan da bu iki arzu və qüvvə qarşısında qalır. Əgər dini istək həvanın (nəfsin) arzularına qarşı müqavimət göstərirsə, onun bu dirənişinə səbir deyilir; əgər o, nəfsi məğlub edərsə, buna zəfər deyilir. Nəfs və dini istəyin bir-birilə savaşdığı, mücadilə etdiyi müddətdə baş verən olay nəfsə qarşı cihad, daha doğrusu, böyük cihad adlanır. Deməli, səbrin mənası dini qüvvə və iradənin nəfsin arzu və istək qüvvəsinə müqavimət göstərməsidir. Bu iki müxtəlif əsgərin olmadığı yerdə səbr də yoxdur. Həmin səbəbdən mələklərdə səbrə ehtiyac, heyvan və həddi buluğa çatmayan (həm də ağıldankəm) insanlarda isə səbir yoxdur. Başqa sözlə, uşaq (qeyri-mükəlləf) və ağıldan qüsurlu insanlar yetərincə nə hidayət, nə də mərifətə (bacarığa, saleh işə) sahib olmadığı üçün, onlarda hər hansı işin sonunu anlamağa nə qabiliyyət, nə də səbir qüvvəsi olur. Lakin həddi buluğa çatarkən (mükəlləf olarkən) hər iki qüvvə ortaya çıxır və anlayır ki, əsas olan hidayətdir və qüdrət, iradə ondan - hidayətdən - özünü və Rəbbi tanımaqdan sonra gəlir. Həmin səbəbdən, İslamda sağ tərəf (sağ əl, sağ çiyin və s.) hidayəti-xeyri təmsil edir.

Yazılanlardan məqsəd səbrin fasiləsiz mübarizə meydanı olduğunu bildirməkdir. Yəni bəndənin Allah yolunda ilk və son addımı bu döyüşlə məşğul olmasıdır. Döyüş, mübarizə isə sinə vadisində peyda olan şeytan əsgəri ilə mələk əsgəri arasındadır. Bəndə savaşmadan və savaşı səbirlə aparmadan səadətə qovuşa bilməz. Bu savaşla məşğul olmayan şeytanın hakimiyyətini qəbul etməyə məcbur olar. Peyğəmbər (ə) buyurub: "Allah şeytanıma qarşı mənə kömək etdi və şeytanım mənə təslim oldu".

Səbir imanın yarısı, oruc da səbrin yarısıdır

Həz.Məhəmməd buyurub: "İmanın 70-dən artıq bölümü var. Ən böyüyü "ləə iləəhə illəlləh" sözü, ən kiçiyi də yoldakı tikanı (hər hansı maneəni - V.C.) götürməkdir". İmanın növləri çox olsa da, fəqət əsilləri üç cürdür: mərifətlər (bilgilər), hallar və əməllər. Dində heç bir mərtəbə bu üç dəyərin xaricində qalmır. Məs., tövbənin mahiyyəti qəlbə aid bir hal kimi peşiman olmaqdır. Əsli mərifət olub günahın öldürcü zəhər olduğunu bilməkdir. Nəticəsi günahdan əl çəkib xeyirli əməllərlə məşğul olmaqdır. Kamil insan elm (ağıl, bilgi, mərifət), ondan doğan hal (qəlbdəki durum) və saleh əməl (iradə) ilə vəhdətdə olandır. Zira bunların üçü də umandandır. Lakin imanın əsli mərifətdir, ağıldır (ağıldan kəmlər sorumlu - mükəlləf deyillər); mərifətdən hal, haldan da əməl meydana gəlir. Təbir caizə, qəlbin elm (bilgi) vasitəsilə dəyişməsi ağacın budaq verməsi, bu haldan meydana gələn əməl də meyvə kimidir. Deməli, kamil iman iki təməl üzərində dayanır: elm (ağıl, mərifət) və saleh əməl. Saleh əməl səbirsiz mümkün olmadığı üşün, o, imanın yarısıdır.

"İman səbir və şükürdən ibarətdir" Peyğəmbər (ə) kəlamını şərh edən Qəzzaliyə (v.e.1111) görə: "bu iki dəyərdən ən çətini səbirdir və heç bir şey ondan çətin deyil. Həmin səbəbdən səbir imanın tamamıdır. Rəsululləhdən: "İman nədir?" - deyə soruşduqda, o, "səbirdir" - buyurub. Yəni imanın ən çətin hissəsi səbirdir. Səbir də iki növdür: Şəhvət (geniş mənada - istək, arzu - V.C.) və qəzəb hissinə qarşı səbir. Şəhvətlərə qarşı olan səbir əsasən orucdur. Bu halda oruc səbrin yarısıdır. Digər tərəfdən səbir imanın yarısıdır (imanın digər yarısı şükürdür - V.C.). Başqa sözlə, möminin əməli çətinliklərə səbir və nemətə şükür etmək olduğu üçün, səbir imanın yarısıdır".

İman-saleh əməl münasibətlərini şərh edən İncildə deyilir: "Qardaşlarım, əgər kimsə imanı olduğunu bildirib, yaxşı işlərə malik deyilsə, nə faydası var? O cür iman onu xilas edə bilərmi? Yaxşı işləri yoxsa, özü-özlüyündə ölüdür. Fəqət, kimsə deyə bilər ki, sənin imanın var, mənim də əməllərim. Sən imanını mənə göstər , mən də sənin imanını əməllərinlə göstərim. İman edirsənmi Allah birdir? Yaxşı edirsən; cinlər də iman edir və titrəyirlər! Amma ey ağılsız insan, bunu bilmək istəyirsənmi ki, əməlsiz iman faydasızdır" (İncil, Yaqub 2;14-26). Mövzu səbir olduğu üçün iqtibasa bunu əlavə edək: imanı kamil və faydalı edən saleh əməl yalnız səbirlə mümkündür.

Səbrə hər zaman ehtiyac var

Nəfs mahiyyət etibarilə hər an xoşuna gələn və ya gəlməyən şeylərlə məşğuldur. Mal-dövlət, vəzifə, səhhət, qadın, uşaq və digər nemətlərə sahib olmaq onun arzuladığı şeylərdir. Qəlbini bu şeylərə açıb onlara ifrat dərəcədə bağlanan bəndə həddi aşmaq dərəcəsinə çatar ki, bu da səbri heçə endirər. Peyğəmbər (ə) hakimiyyəti dövründə mal-dövlət çoxaldıqda səhabə dedi: "Çətinlik vaxtında olarkən bizim səbrimiz indiki vaxtdan daha güclü idi". Əslində bu durum təbiidir. Çünki zənginin səbir etməsi, kasıbın səbir etməsindən daha çətindir. Lakin zənginin sorumluluğu kasıbın sorumluluğundan daha ağırdır: "Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün ancaq bir imtahandır" (Ənfəl 28).

Nəfsin arzuları ilə mübarizə aparan səbirlilər üç növdür: 1) Öz istəyi, iradəsi ilə olanlar, yəni xeyirli əməllər işlədib günahlardan qaçanlar. Bu səbrə ona görə ehtiyac var ki, ibadətlərin bir qismi tənbəllik səbəbindən çətin görünür - namaz kimi, bəzisi də hərislik səbəbindən - zəkat kimi. Günahlardan qaşmaq isə çox çətindir və səbir etmədən onları tərk etmək müşkül məsələdir. Məs., şəhvət nə qədər qüvvətli və onunla günah etmək nə qədər asan olsa da, fəqət həmin günahı etməmək üçün səbir etmək də bir o qədər çətindir. Böyük günahlardan olan intihar da səbrin olmamasından baş verən bəladır; 2) Öz istəyi ilə olmayan hadisələrə səbir etmək. Bu xəstəlik, ailə problemləri, var-dövlətin əldən çıxması, zəlzələ, daşqın, sel, yanğın nəticəsində yaranan duruma bəndənin dözməsidir; 3) Öz istəyi olmasa da məcburiyyət səbəbindən gələn neqativlərə səbir. Bu, insanların əl və dilindən, qərəzli və böhtan xarakterli yazılardan gələn pisliklərə qarşı səbirdir. Belə səbir barədə Peyğəmbər (ə) buyurub: "Bir kimsə sizdən bir şey əsirgəyib sizi ondan məhrum etsə, ona lütf edin. Bir kimsə sizə pislik etsə, ona yaxşılıq edin". Həz. İsa isə buyurub: "Məndən əvvəlki insanlar ələ əl, gözə göz, dişə diş ilə qisas alırdılar. Mən bu hökmü pozmuram, lakin sizə vəsiyyət edirəm ki, pisliyin əvəzini pisliklə çıxmayın. Hətta biri sağ üzünüzə vursa, solunuzu da ona təqdim edin".

Burada incə bir məqamı qeyd etmək çox vacibdir. Belə ki, "Səbir" sözü Allahu-Təalənin isimləşmiş 99 sifətlərindən biri olan "Sabur"la eyni kökdəndir və ondan təşəkkül tapıb. Rəbbimiz bu sifətindən bir zərrə bəndəsinə verib ki, o, dünyəvi işlərində nə tələsmə, nə də gecikləmələrə yol versin. Orta - Islami yol tutsun. Çünki, Allahu-Təalə Sabur ismi ilə bir şeyi vaxtı yetişmədən əməli işə keçirmək üçün nə tələsər, nə də gecikər; zamanı gələndə icra edər. Deməli, bəndə də məruz qaldığı pisliklərə səbir edib, adekvat cavab vermədə nə tələsməli, nə də gecikməlidir. "Yaxşılığa yaxşılıq hər kişinin, yamanlığa yaxşılıq nər kişinin işidir" atalar sözümüz ilə həmahəng olan yuxarıdakı hər iki peyğəmbər kəlamı yaxşılığın təbliği, örnəkliyi baxımından çox dəyərli olsa da, bu məsələdə əsas göstəriş Rəbbimizin : "İntiqam alarkən ifrata varmayın. Sizinlə necə rəftar edilibsə, elə rəftar edin. Səbir etsəniz, bu daha xeyirlidir" (Nəhl 126) kəlamıdır. Əks halda din və Vətən uğrunda cihad, mücadilə, səy, cəhd, şəhidlik kimi dəyərlər mahiyyətini itirərdi, insana iradə kimi bir cövhər verilməzdi. O ki, qaldı Rəbb kəlamının "səbir etsəniz, bu daha xeyirlidir "hissəsinə, bu, pislik və zülm edənin zülmə məruz qalanın haqqını qaytarmaqla mümkündür. Bağışlama hüququ haqqı tapdalanandadır, səbir edəndədir...

Qeyd edək ki, özümüzdən asılı olmayan bəla və müsibətlərə (zəlzələ, daşqın, ildırım, yanğın, xəstılik, qəzalar və s.) səbir etməkdən fəzilətli səbir yoxdur. Peyğəmbər (ə)-nin əmisi oğlu İbn Abbasdan gələn rəvayətə görə: "Quranda səbir üç şəkildədir. Biri ibadətə səbirdir. Bu, savabı 300 dərəcə artırır. Biri harama səbir etməkdir. Bu, savabı 600 dərəcə artırır. Biri də müsibətlərə səbirdir. Bu isə savabı 900 dərəcə artırır”.

Səbrin keyfiyyət mərtəbələri

Klassik təsnifata görə səbrin keyfiyyət mərtəbələri bunlardır: 1) Səbir lilləh-Allah üçün səbretmə; 2) Səbir billəh- səbrin Allahdan olduğunu bilmək; 3) Səbir ələlləh- "Hər işdə hikmət var" - deyib, Rəbbin cəlal və camalının təcəlliləri qarşısında tələsməmək üçün edilən səbir; 4) Səbir filləh-Allahu yolunda qəhr və lütfü eyni dərəcədə qarşılamaq üçün edilən səbir; 5) Səbir anilləh - bu, sevgili ilə görüşmək naminə hər çətinliyə sinə gərən həqiqət aşiqlərinin səbridir. Bu mərtəbələr hikmətində Mövlanənin (v.e. 1273) Məsnəvisindən bir nümunə gətirmək yerinə düşərdi: "Buğdanın insana qida və qüvvət, dizlərinə güc, gözlərinə nur və yaşamasına əsas ola bilməsi üçün, onun torpağın altına atılması, torpaqdan boylanması, biçilib xırmanda döyülməsi, samandan ayrılıb dəyirmanda üyüdülməsi, evlərdə yoğrulub xəmir halına gətirilməsi, sobalarda bişirilıməsi, sonra dişlərdə parçalanıb mədəyə göndərilməsi zəruri şərtdir. Hal belə ikən, insanın da insanlığa yüksəlib bir işə yararlı olması üçün müxtəlif sobalarda yanması, dəfələrlə ələnməsi, ələnib özünü və Rəbbini dərk etməsi çox vacibdir. Əks halda, o, mələkdən üstün qabiliyyətlərlə təchiz Səbir və sədaqət dərəcələri imtahanlarla bilinir. Hər növ sınaq, imtahan qarşısında Haqq qapısından ayrılmayan və orada qalmaqda israrlı olub, qapının hər açılıb-bağlanmasında içəriyə boynu bükük boylananlar bu imtahandan üzüağ çıxarlar. Səbrə məhəl qoymadan yol-yönlərini dəyişdirməklə asan, haram sərvət qazananlar isə Allahın səbrini sınağa çəkdikləri üçün bu imtahandan kəsilərək Haqq qapısından qovularlar. Elə isə səbirsizlik üzündən etdiyimiz günahlara görə, Rəbbimizin səbrini qurtuluş hesab edək.




İmza:

Səhnə həyat nurumdur

“Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - JEM-dən yeni layihə - Video

Qədir Rüstəmov: Sarı Gəlin - VİDEO

Akif İslamzadə: Sarı gəlin - VİDEO

"Nəsimi ili" mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Şəhriyar İmanov: "Nəbz" (Hindistan, canlı ifa)

Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı

Xalq artisti Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb

Dünya İrs Komitəsinin 43-cü sessiyasının son işçi iclası keçirilib

Yaqub Mahmudov: “Şəki tək tarixi abidələri ilə məşhur deyil”

Azərbaycanda tarixi abidənin dağıdılmasına görə araşdırma başladı

SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK