adalet.az header logo
  • Bakı 11°C
19 Iyun 2019 17:46
30747
ƏDƏBİYYAT
A- A+

Kiçik Vətəndən böyük Vətənə

Ləj kəndi Lənkəran şəhərindən 15 kilometr qərbdə, dağətəyi ərazidə yerləşir. Kəndin adının etimologiyası Azərbaycan dilinə tərcümədə "nəmli yer", "sulu yer" mənasını verir. Bu kəndin iki ziyalı yetirməsi- Qafqaz Müsəlmanları İdarəsinin Fətva və moizə şöbəsinin imamı, Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Samid Quliyev və Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov tarixi çox da qədim olmayan Ləj haqqında kitab yazıblar.

"Ruhumuzun qidalandığı məkan-Ləj" kitabı bu kənd haqqında ilk yazılı tədqiqat işidir. Müəlliflər kəndin ilk sakinlərinin haradan gəlməsi, Ləjin coğrafi mövqeyi, iqlimi, təbiəti, insanları haqqında ətraflı məlumat veriblər. Oxucular bu kitab vasitəsi ilə kəndin şəhidləri, hərbçi kadrları, tanınmış ziyalıları barədə də dolğun bilgi ala bilərlər. "Ruhumuzun qidalandığı məkan-Ləj" kitabı "3 saylı Bakı Mətbəəsi" ASC-də nəşr olunub, redaktoru tanınmış naşir Mehman Fərzullayevdir. Prezident mükafatçısı, jurnalist Etibar Vəliyev nəşrə "Ön söz" yazıb.

Müəlliflərin gərgin əməyi və araşdırmaları nəticəsində ərsəyə gələn kitabın elmi redaktoru AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifov, elmi məsləhətçisi AMEA-nın Nizamin adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur.

Qeyd edək ki, Samid Quliyev və İlkin Yaqubov kitabın ikinci hissəsi üzərində çalışırlar. Növbəti nəşrdə tədqiqat predmeti kimi yeni faktlar, kəndin ali təhsilli yetirmələri, onların qazandığı uğurlar barədə ətraflı bilgi veriləcək.

T. İsmayılzadə