Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ Adalet.az | Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ

3171    |   2019-06-19 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyun ayı olsa da artıq bazar və marketlərdə qarpız-yemiş satışı ilə qarşılaşırıq. Sirr deyil ki, bu məhsullar hazırki mövsümdə mineral gübrələrin köməyi ilə yetişdirilir. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan istilik məhz iyul-avqust aylarında olduğu üçün mütəxəssislər iyun ayı ərzində qarpız yeməyi məsləhət görmürlər.

Amma hazırda satışda olan qarpız-yemişi alanlar az deyil. Bu məhsulların nə kimi ziyanı var?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovməsələ ilə bağlıModern.az-a danışıb.Ekspertin sözlərinə görə,təmiz, gübrəsiz qarpızın çəkisi 5 kiloqramdan çox olmamalıdır.


"Hər il bu sahədə monitorinqlər aparırırq. Qarpız, yemiş istehsal edən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi qarpız və yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Xüsusilə, böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir”.

Pediatr Vaqif Qarayevbildirir ki, iyul ayının 20-ədək uşaqlara qarpız-qovun yedirmək qətiyyən olmaz:

"Qarpızın Azərbaycanda yetişmə dövrü iyul ayının 20-dən sonradır. Ondan əvvəl yetişdirilən qarpızlar sağlamlıq üçün təhlükəlidir. Təcrübəli adam qarpızı kəsəndən sonra rəngindən hiss edir ki, düzgün yetişdirilməyib. Tez qızarsın deyə qarpız tağlarına süni maddələr, nitratlar vurulur. Satış yerlərində qarpız, yemiş nəzarətdən keçirilməlidir. Əgər məhsul sanitar normanı keçirsə, nitrat çox vurulubsa, satışdan yığışdırılmalıdır. Yemişə də süni qidalar vurulur, lakin qarpızda bu cür qidalardan, nitratlardan daha çox istifadə olunur. Buna görə də o daha təhlükəlidir. Vaxtından əvvəl yetişdirilmiş bu cür tərəvəzlər uşaqlarda allergiya, mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Xüsusən körpə uşaqlarda bu proses daha tez özünü göstərir, qana zəhərlənmə keçir”.




İmza:

Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

Xərçəngin müalicəsində inqilabi - YENİLİK

Mama-genekoloqların ABORT sevdası

Genekoloq Təranə Fətəliyevanın iyrənc əməlləri

Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR

Antibiotiklərlərin satışına nəzarət artırılsın - TƏKLİF

Aşura günü qan verən 49 nəfərdə sifilis aşkarlanıb

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub

Kardioloq təhlükəli yuxu formalarından danışdı

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK