Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” Adalet.az | Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür”

8765    |   2019-06-19 17:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son aylar Dağlıq Qarabağ problemi ilə bağlı Fransa-Azərbaycan diplomatiyasının xeyrinə çox mühüm qərarların qəbul edilməsi ilə yadda qalıb.

Fransa məhkəmələrində Dağlıq Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasındavaxtiləimzalanmış "dostluq xartiyaları”nın ləğv edilməsi prosesinə start verilib.

Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə "Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca iyunun 11-də Qrenobl inzibati məhkəməsi tərəfindən 4 "dostluq xartiyası” ləğv edilib. Bu xartiyaların ləğv olunmasında Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması əsas səbəb göstərilib.

Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması, Birinci vitse-prezident Mehriban ƏliyevanınFransaya səfərləri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli olub.

Birinci vitse-prezident Mehriban ƏliyevanınFransaya səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə belə halların yolverilməzliyini diqqətə çatdırması, Fransa Prezidenti Emmanuel Makronbu ilin əvvəlində erməni diasporunun nümayəndələribu tipli xartiyaların imzalanmasını, işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirməsi bu istiqamətdə aparılan fəal işin nəticəsidir.

Sözsüz ku, bu və buna bənzər qərarların qəbul olunması Fransada və Ermənistanda erməni lobbisini təşvişə salıb.Fransa ATƏT-in üç həmsədrindən biri və ən böyük erməni etnosunun kök saldığı bir dövlət olduğunu nəzərə alsaq ermənipərəst qüvvələrin təlaşı başa düşüləndir. Bu gün erməni lobbisini daha çoxAzərbaycanın həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, Anti-Azərbaycan xarakteli addımların qarşısını almaq gücündə olmasıdaha çox qorxudur. Erməni lobbisinin ən güclü olduğu dövlətlə Qarabağdakı yaşayış məntəqələri arasında imzalanmış "dostluq memorandum”larını bir-birinin ardınca ləğv edilməsi Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumun ifşasının proqrozunu verir.



Beynəlxalq hüququn aliliyinin əsas götürülərək qanunsuz anlaşmaları ləğv edən, Dağlıq Qarabağdakı separatçı qurumun beynəlxalq hüququn subyekti olmamasını təsbit edən Fransa məhkəmələrinin qərarları daim Azərbaycana qarşı çirkin kampaniyalar təşkil edənFransanın "Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biri, erməni əsilli politoloq Gaids Minassianı da odlu-alovlu çıxışlara məcbur edib. Anti Azərbaycan və anti türk mövqeyə malik bu daşnak bütün baş verənlərə görə Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını bildirib. Lakin Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edən Gaids Minassianı unudur ki,ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa üçün beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından qat-qat üstündür.




İmza:

Prezidentin köməkçisi: "Sizi narahat edən problemləri dinləməyə hazırıq" - Video

Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan senarilərinin işə düşməsi

“Radikal müxalifət xarici dairələr tərəfindən idarə olunur” - Əli Əhmədov

"Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz" - XİN

“SİYASİ ELİTA DAXİLİNDƏ PROSESLƏR GEDİR…” - “Qarabağ danışıqlarını bərpa etmək mümkün deyil”

Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

İran Prezidenti Bakıya gəlir

Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

Sabah Milli Məclisin plenar iclası keçiriləcək

Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib

Pakistan prezidenti Azərbaycana gələcək

SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK