adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Iyun 2019 17:20
9158
MƏMLƏKƏT
A- A+

Azərbaycan əhalisi daha çox nəyə pul xərcləyir?

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 14,3 milyard manata bərabər olub.

Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 7,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2018-ci ilin yanvar- may aylarınanisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi14 328,4102,8
o cümlədən:
ərzaq məhsulları6 475,2102,5
içkilər və tütün məmulatları712,5101,0
toxuculuq məhsulları, geyim və ayaqqabılar2 585,4103,2
elektrik malları və mebellər874,4102,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları102,6104,0
əczaçılıq və tibbi mallar183,7104,7
avtomobil yanacağı813,9101,9
digər qeyri-ərzaq məhsulları2 580,7103,3

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,5 faizi ticarət müəssisələri, 48,4 faizi fərdi sahibkarlar tərəfindən, 31,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 5,4 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 10,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.