adalet.az header logo
  • Bakı 12°C
19 Iyun 2019 16:53
14790
ELM VƏ TƏHSİL
A- A+

BÜLLUR ŞAGİRD DÜNYASI

Bir söz, mətbuat maraqlısı kimi olduğum bölgələrdə həmişə tarixi abidələrə, memarlıq nümunələrinə, qədim tikililərə, məbədlərə, məscidlərə, yerli sənətkarların fərdi işlərinə böyük maraq göstərirəm. Elə Şəkidə olarkən də "Sənətkarlar evi” adlandırılmış və turistlərin diqqətini çəkən ünvanda oldum. Burada nümayiş etdirilən əl işləri, eləcə də keçirilən tədbirlər həm sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub. Yəni bu tədbirlərin hər birinin arxasında maarifləndirmə, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək dayanır. Elə həmsöhbət olduğum insanların da hər birinin dilindən eşitdiyim fikirlərin əsas mahiyyəti məhz ölkə rəhbəri cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın gənclərin təlim-tərbiyəsinə, savadlı, müsir dünyanı dərk etmək gücündə olmasına yönələn tədbirlərin gerçəkləşdirilməsidir. Belə ki, ölkə rəhbərliyi, qəbul etdiyi qərar və qanunlarla bu sahəni daha da önə çıxarır və onun maddi-texniki bazasını möhkəmləndirir.

Bu gün Şəkidəki 10 saylı tam orta məktəbin direktor əvəzi vəzifəsində çalışan Büllur Adil qızı Abdulsəlimli "İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına yiyələnsə də, o, işlədiyi illər ərzində artıq püxtələşmiş və üzərinə götürdüyü vəzifənin öhdəsindən gəlməyi bacarmışdı. Ona görə də bu məktəbin şagirdləri Şəkidə keçirilən bütün yarışmalarda həmişə fərqlənməyi bacarmışdılar. Və onların aldıqları fəxri fərmanlar, mükafatlar məktəbin nüfuzunu daha da yüksəltmişdi.

Xatırladım ki, 10 saylı Şəki şəhər məktəbində bir layihə də gerçəkləşdirilir. Layihənin adı "Mənim uşaq dünyam” olmaqla şagirdlərin intellekt səviyyəsini müəyyənləşdirmək və inkişaf etdirmək məqsədilə gerçəkləşdirilir. Maraqlı burasıdır ki, məktəbin ingilis dili müəlliməsi Xatirə xanımın rəhbərliyi ilə reallaşan bu layihə artıq ölkə hüdudlarından kənarda da diqqəti çəkibdi. Belə ki, Fransa, Gürcüstan, Almaniya və digər ölkələrin məktəbliləri də Şəkidəki 10 saylı məktəbin şagirdləri ilə bağlantı yaradıblar. Müasir texnikanın verdiyi imkanlarla bu uşaqlar bir-birilə təmas qurmağı bacarıblar.

Həmçinin bu tədbir Azərbaycanın öz daxilində, yəni ölkə içərisində də artıq müəyyən nailiyyətlər ortaya qoymağı bacarıb. Demək olar ki, respublika məktəbliləri də Şəkidəki 10 saylı məktəbin "Mənim uşaq dünyam” layihəsinə səs verməyə başlayıbdı. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, MDX sədri cənab V.Xanlarovun dəstəyi ilə icra olunan "MUD” layihəsi də artıq reallaşmağa başlayıb. Düşünmək olar ki, bu layihədə şəkili məktəblilərin uğurlarının artmasına, əlaqələrinin genişlənməsinə və öz şagird bacarıqları ilə Azərbaycanı dünyadakı yaşıdlarına tanıtmaqda kömək olacaqdı.

Son olaraq bildirmək istərdim ki, böyüyən övladlar, onlara göstərilən diqqət və qayğı həmişə məsuliyyətli bir iş olub. Çünki uşaqlar bizim sabahımızdır. Elə ona görə də Şəkidəki 10 saylı məktəbdə həm rəhbərlik, həm də bütün pedaqoji rəhbərlik sabahımıza böyük ümidlə baxmaqla yanaşı, onları müəllim-valideyn sevgisiylə də əhatə ediblər. Uğurları bol olsun!

Aytən VƏTƏN