adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyun 2019 16:49
16886
ƏDƏBİYYAT
A- A+

Mütaliyə ən təsirli tərbiyə vasitəsidir

Tarixi-mədəni, ədəbi-bədii, elmi və fəlsəfi irsin toplanmasında, nəsildən-nəslə ötürülməsində və cəmiyyətin intellektual mənəvi potensialının inkişafında kitabların rolu əvəzsizdir. Uєaqlarda kiзik yaєdan kitaba və mütaliəyə marağın artırılmasının təməli ilk növbədə ailədə qoyulmalı, sonradan bu vərdiє tədris muəssisələrində davamlı olaraq möhkəmləndirilməlidir. Kitablar dünyagörüşünü formalaşdırır. Kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və dərinləєdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır. Orta təhsil müəssisələrində uşaqların mütaliəyə həvəsini artırmaq üçün il ərzində müxtəlif səpkili tədbirlər təєkil olunur. Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin Xətai rayon Mərkəzi kitabxanasında "Gəlin kitab oxuyaq”! devizi altında "Mütaliə ən təsirli tərbiyə vasitəsidir” adlı tədbirin təşkili bu baxımdan təqdir edilməlidir. Öncə tədbirin təşkilatçısı, dil-ədəbiyyat müəllimi Səidə Quliyevanın sərgisi nümayiş olundu. 50-dən çox kitab müəlliflərin, o cümlədən Fikrət Qoca kimi tanınmış şair və yazıçıların imzası olan və Səidə xanıma müəlliflər tərəfindən hədiyyə edilmiş kitabların da yer aldığı sərgi böyük maraqla qarşılandı. Dövlət himninin səsləndirilməsindın sonra mütaliənin vacibliyini əks etdirən tədbir açıq elan olundu. Qeyd edək ki, məktəbin direktoru Nuriyyə Ağayevanın təşəbbüskarı olduğu bu mühüm toplantıda Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov, müdir müavini Aydın Bəyişov, aparıcı məsləhətçi Rövşən Mustafayev, Metodist Asəf Məhidov, Salamullah Əhmədov, yazıçı Elçin Hüseynbəyli, Akademik Əşrəf Hüseynov adına Əmirvarlı kənd tam orta məktəbin direktoru Lətafət xanım Məmmədova, "Xalq” qəzetinin əməkdaşı Məsaim Abdullayev, "Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyev və digər qonaqlar iştirak edirdi.

Tədbiri aparıcılar Röya və Fidan açaraq sözü məktəbin direktoru Nuriyyə Ağayevaya verdilər. Direktor tədbir iştirakçılarını salamlayaraq qonaqları təqdim etdi. Bu tədbirin əhəmiyyətini qeyd edən Nuriyyə xanım mütaliənin insanların həyatında oynadığı vacib roldan danışdı, heç nəyin kitab oxumağı əvəz etmədiyini, mütaliənin hər bir kəs üçün əhəmiyyətli olduğunu dilə gətirdi. Kitabı bəşər mədəniyyətinin ən böyük nailiyyəti adlandıran Nuriyyə xanım dünya xalqlarının böyük tarixə malik zəngin, rəngarəng kitab mədəniyyəti xəzinəsində Azərbaycanın kitab sərvətinin özünəməxsus yer tutduğunu vurğuladı: "Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabların necə mühüm rol oynadığını hamı bilir. Kitab oxumaq insanı yetkinləşdirir mənən inkişaf etdirir və intellektini yüksəldir.Həm uşaqların, həm də gənc nəslin tərbiyə olunmasında kitablar böyük əhəmiyyət daşıyır. Oxumaq bizi məqsədimizə aparacaq vasitədir və bu vasitə bizim seçdiyimiz məqsədin doğru və yanlış olması barədə qərar verməyimizə kömək edir. Necə ki Volter demişdir: "Oxumaq ruhu ucaldar”. Müasir dövrdə gənclərin çoxu mütaliə üçün internet məlumatlarını üstün tuturlar. Ancaq heç bir informasiya, heç bir qısa xülasə oxunan kitab qədər dolğun məlumat verə bilməz. Müasir dövrümüzdə gənc nəslin əksər nümayəndəsi vaxtının çoxunu internet resurslarında keçirir, istədiyi məlumatı internet vasitəsilə əldə edir. Kitab oxumamaq gənclərdə nitq pozulması, özünüifadə edə bilmə­mə kimi fəsadlara gətirib çıxarır."

Direktorun çıxışndan sonra kitabın böyük müəllim olmasını, dili olmasa belə "danışdığını", sinəsində min aləm olduğunu, hər bir şeydən xəbər verdiyini əks etdirən slaydın təqdim edilməsi iştirakçılarda böyük təəssürat oyatdı. Aparıcılar böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin, Xalq şairi Bəxtiyar Vahabzadənin və digər tanınmış ədiblərin kitab haqqında qiymətli fikirlərini səsləndirdilər

Sonra şagirdlərin xorla ifasında "Kitab haqqında ”mahnı təqdim edildi. Aparıcılar kitab bərədə dahilərin fikirlərindən sitatlar gətirdilər - "Kitab bilik mənbəyidir.” "Kitab oxumaq düşüncə qabiliyyətimizi inkişaf etdirir,dünyaya və ictimai-sosial hadisələrə baxış şəklimizi dəyişdirir, doğru qərarlar verib seçimlər etməyimizə kömək edir."Kitab bəzək əşyası deyil, kitablar oxumaq üçün yazılır." (Xanımana Əlibəyli)

Rəşad Ağazadənin ifasında "Kaş o günlər əlimə bir də düşəydi” adlı məhnı səsləndi. Bu məlahətli səslə oxunan mahnı pillə-pillə ucalaraq zalı bürüdü. Rəşadın qeyri-adi səslə ifa edtiyi gözəl nəğmə sürəkli alqışlarla qarşılandı. Səidə Quliyeva çıxış edib şagirdləri mütaliəyə səslədi. O da şagirdləri mətnləri internetdən deyil, birbaşa kitabdan mütaliə etməyə çağırdı. İnternetden isə yalnız özlərinə faydalı informasiyalardan istifadə etməyi tövsiyə etdi.

Kitabların insan həyatındakı rolu və əhəmiyyətindən söz açan aparıcılar müdriklərin-dahi insanların kitabları necə qiymətləndirdiyindən, ona necə dəyər verdiklərindən danışdılar: -"Beşikdən məzara qədər elm öyrənin!" (Məhəmməd Peyğəmbər) s.a.s. "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,mənəviyyat, bilik,zəka mənbəyidir."(Heydər Əliyev) Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınıb". (İlham Əliyev) "Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, kitab al. "(Tur Xander) Şagirdlərdən Fəridə, Elmira, Ömər, Fatimə və Aysunin iştirakı ilə təqdim edilən -"İncinin cavabı” səhnəciyi alqışlarla qarşılandı. "Günəş olaram mən də” mahnısı isə Xədicənin ifasında çox bəyənildi. Aparıcı onlara elmin sirlərini, yazmağı, oxumağı öyrədən, kitabları sevdirən, asudə vaxtlarının səmərəli olması üçün sinifdənxaric və məktəbdənkənar tədbirlərə cəlb edən müəllimlərə minnətdarlıq bildirərək onlara şeirin dili ilə təşəkkür etdi:

Sözü inci kimi düzdün dilimə,

Öyrətdin düşünüb cümlə qurmağı.

Qələmi bir dayaq edib əlimə,

Ustaca çıxartdın uca bir dağı.

Bu gün beləəllimlərin yetişdirdiyi gənclərin dünyada tanındığını, Azərbaycanı bütün dünyada təmsil etdiyini vurğulayan aparıcı "Azərbaycanın üçrəngli bayrağını dünyaya tanıdan müəllimlərə eşq olsun!" soylədi.

" Yol ver Türkün bayrağına. ”mahnısı Əfsanə və Nazəninin ifasında əzəmətlə səsləndi. Aparıcı uşaq ikən hamının sevə-sevə dinlədiyi, xəyallarda canlandırdığı nağıl qəhrəmanlarının tədbirin qonağı olduqlarını deyərək hamını onları qarşılamağa səslədi.

Hamı birlikdə "101 yaşın mübarək , Müstəqil Respublikam!" deyə qururla səsləndi. "Can Azərbaycan”mahnısı ürəkləri riqqətə gətirdi.

Sonra məlahətli bir səslə Fəridə və Gülgün "Qarabağ” mahnısını ifa etdilər.

-Sındı Qurbaninin sədəfli sazı,

Yamanca gecikdi baharı, yazı.

Bəxtinə yazıldı qara bir yazı,

Gözləri yollarda Cəbrayılım var. (A.Qurbani)

2016-cı ilin Aprel döyüşlərindən sonra Qarabağa Böyük Qayıdışın Başlanğıcına ölkə prezidenti İlham Əliyev tərəfindən start verildiyindən qürurla söz açan aparıcı Röya bu qayıdışın ilk müjdəçisinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olduğunu Bu gün Cocuq Mərcanlıda həyatın öz axarı ilə davam etdiyini dilə gətirdi. Onun sözlərinin davamı olaraq Cocuq Mərcanlıdakı yaşayışdan bəhs edən videoçarx nümayiş etdirildi.

Leytenant Abdulla Qurbaninin sözlərinə yazılmış "Şəhadət şərbətin içib gedirəm" mahnısı səsləndirildi.

Bu gün Respublikamızın bütün ümumtəhsil məktəblərində, rayonlarında, kəndlərində 12 mindən artıq zəngin kitabxananın fəaliyyət göstərdiyini deyən aparıcı Fidan bu kitabxanalardan, lazımınca faydalanmağın hər kəs üçün vacib olduğunu, saatlarla kompyüter, telefon qarşısında vaxt itirməkdənsə, asudə vaxtlarda kitaxanalara üz tutmağa, gələcəyimizi, sağlam təməllər üzərində qurmağa çağıraraq "gəlin kitablarla dost olaq"dedi. Bütün iştirakçılar onun sözlərini təkrarlayaraq"gəlin kitab oxuyaq" söylədi. "Yaşa Azərbaycan" mahnısı könüllərə fərəh sevinc bəxş etdi. Çıxış üçün Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamıq Qurbanova söz verildi. O, iştirakçılara və təşkilatçıya təєəkkür edərək məktəbin adını daşıyan şəhidin anasına Dursun xanımın da tədbirə gəldiyinə görə minnətdarlığını bildirdi. Şagirdlərə uğurlar arzu edərək seçilmişləri fəxri fərmanlar təqdim etdi. Zamiq müəllim onlara yay tətilində də uğurlar, yaxşı oxumaq üçün gözəl və mənalı isttirahət etməyi tövsiyə etdi. Bununla da Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin mütaliəyə, kitaba həsr etdiyi tədbir başa çatdı.

Hüsniyyə Əlizadə